Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:37

Separatçı liderə bomba hücumu olub


Dolgi ləqəbli separatçının avtomobili partlayışdan sonra
Dolgi ləqəbli separatçının avtomobili partlayışdan sonra

Şərqi Ukraynada rusiyayönlü separataçı liderin maşınına bomba hücumu edilib.

O maşınının altına yerləşdirilmiş bombanın partlamasından yaralanıb.

Rusiya xəbər agentliklərinin Sergey Popov kimi təqdim etdiyi şəxs separatçıların nəzarətində olan Donetsk rayonunda polis rəisidir.

Hadisənin fevralın 15-də Horlivka şəhərində baş verdiyi bildirilir.

Xəbərlərdə ləqəbinin “Dolgi” olduğu bildirlən Popov qondarma “Donetsk Xalq Respublikasında” batalyon komandiri olub.

Onun hazırkı vəziyyətinin necə olduğu məlum deyil.

Hücuma görə hələki məsuliyyəti heç kəs üzərinə götürməyib. Hücum barədə Ukrayna hökuməti də şərh verməyib.

Silsilə şübhəli partlayışlar

Bundan əvvəl də Ukraynanın şərqindəki separatçı liderlər şübhəli bomba hücumlarına məruz qalıblar.

2018-ci ildə qondarma DXR-in başçısı Aleksandr Zaxarçenko Donetskdə bomba partlayışında həlak olub.

2017-ci ildə “Givi” ləqəbli separatçı Mixail Tolstıx öldürülüb.

“Motorola” ləqəbli başqa bir separatçı komandir - Arseni Pavlov Donetskdə yaşadığı binanın liftində törədilmiş bomba partlayışında həlak olub.

Bu hücumların heç birinə görə heç kəs məsuliyyəti üzərinə götürməyib, lakin hücumların Ukrayna xüsusi xidmətləri tərəfindən həyata keçirildiyindən şübhələr var.

2014-cü ildə Ukraynanın şərqində separatçı münaqişə başlanandan bəri 13 min nəfər həlak olub.

Moskva separatçı qüvvələrlə əlaqəsi olmadığını iddia edir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG