Keçid linkləri

Təcili xəbərlər
2021, 24 Sentyabr, Cümə, Bakı vaxtı 18:16

Təkcə sənaye sahəsində çalışan təxminən 50 min şəxs işdə sağlamlığını təhlükəyə atır


Sement , yoxsa zəhər zavodu?
Gözlə

No media source currently available

0:00 0:04:43 0:00
Direct-ə keçid

Sement , yoxsa zəhər zavodu? (Arxiv. 2010)

Kimyəvi maddələr, şüalanma, səs-küy, toz, iqlim, təhlükəli avadanlıqlar...

Dövlət Statistika Komitəsi Azərbaycanda sağlamlığa zərərli əmək şəraitində çalışanların sayını açıqlayıb. Bu ilin əvvəlinə olan göstəriciyə görə, Azərbaycanda təkcə sənaye sektorunda çalışan 47 min 408 nəfər zərərli əmək şəraiti olan iş yerlərində çalışıb. Daha 11 min 861 nəfər nəqliyyat və anbar təsərrüfatı, 1 min 765 nəfər tikinti, 1 min 119 nəfərsə rabitə və informasiya sektorunda bu tip işlərdə çalışırlar.

Statistika Komitəsinin hazırladığı hesabatın metodologiyasına görə, səs-küyün, vibrasiyanın (titrəyişin), zərərli kimyəvi maddə, şüalanma, istehsalat tozu miqdarının normadan artıq olduğu, eləcə də iqlim şəraitinin əlverişli olmadığı və əmək təhlükəsizliyinin tələblərinə uyğun avadanlıqların istifadə edilmədiyi iş yerləri sağlamlığa zərərli sayılır. Bu dörd sənaye sahəsində zərərli iş ortamındakılar ən çox sanitar-gigiyena normalarına cavab verməyən iş yerlərində çalışırlar. Rəsmi rəqəmlərə görə, 25 min işçinin iş şəraiti sanitar-gigiyenik tələblərə cavab vermir. Sənaye, tikinti, nəqliyyat və anbar təsərrüfatı və eləcə də informasiya və rabitə sektorlarında səs-küyün normanı aşdığı yerlərdə çalışanların sayı 9 min 371, zərərli kimyəvi maddələrin normadan artıq olduğu yerlərdə çalışanların sayı isə 7 min 267 nəfər olub. Bu istiqamətlər içərisində ən az say normadan artıq şüalanmaya məruz qalanlarla bağlıdır. Rəsmi rəqəmlərə görə, ölkədə bu dörd fəaliyyət sahələrində toplamda 34 nəfər yüksək şüalanmaya məruz qalan iş ortamında çalışır.

Cədvəl: İqtisadi fəaliyyət növləri üzrə əlverişli olmayan iş yerlərində çalışanların sayı

Sənaye

Tikinti

Nəqliyyat və anbar təsərrüfatı

İnformasiya və rabitə

Sanitar-gigiyena tələblərinə cavab verməyən yerlərdə çalışanlar

18 min 383

1 min 047

5 min 147

413

Səs-küyün normadan artıq olduğu yerlərdə çalışanlar

8 min 104

24

1 min 218

25

Vibrasiyanın (titrəyişin) normadan artıq olduğu yerlərdə çalışanlar

2 min 784

40

161

8

Zərərli kimyəvi maddələrin normadan artıq olduğu yerlərdə çalışanlar

6 min 143

65

1 min 3

56

Şüalanmanın normadan artıq olduğu yerlərdə çalışanlar

9

-

25

0

İstehsalat tozunun normanı aşdığı yerlərdə çalışanlar

5 min 644

30

1 min 835

100

Əmək şəraiti ağır və zərərli, eləcə də iqlim şəraitinə görə əlverişli olmayan işlərdə çalışanlar

6 min 133

559

2 min 471

445

Əməyin təhlükəsizliyi tələblərinə uyğun olmayan avadanlıqlarla çalışanlar

208

1

72

Hər dörd nəfərdən biri sanitar gigiyena qaydalarına cavab verməyən yerlərdə çalışır

Zərərli əmək şəraitini müxtəlif sənaye sahələri üzrə gözdən keçirərkən diqqətçəkən məqamlardan biri mədənçıxarma sənayesi ilə bağlıdır. Rəsmi rəqəmlərə görə, bu sənaye sahəsində çalışanların 9 min 476 nəfəri sanitar-gigiyena normalarına cavab verməyən iş yerlərində çalışır. Ölkədə bu sahədə toplam 40 minə yaxın şəxsin çalışdığı nəzərə alınsa, bu o deməkdir ki, mədənçıxarma sənayesində çalışan, az qala, hər dörd nəfərdən birinin çalışdığı iş şəraiti sağlamlığa zərərlidir.

Fəhlə: 'Bu istidə işləməyə məcburuq'
Gözlə

No media source currently available

0:00 0:02:26 0:00

Hər iş günündə bir nəfər əmək qabiliyyətini və ya həyatını itirir

Son illər ölkədə istehsalatda qeydə alınan bədbəxt hadisələrin də sayında artım gözə çarpır. Rəsmi rəqəmlərə görə, ötən il ölkədə 250 şəxs istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində həyatını və ya əmək qabiliyyətini itirib. Bu, bir öncəki illə müqayisədə nisbi azalma sayılsa da, nəzərə almaq lazımdır ki, 2020-ci ildə bir çox iş yerlərində pandemiya məhdudiyyətlərinə görə qapanmalar olub. İlboyu istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində həyatını və ya əmək qabiliyyətini itirənlərin sayı il ərzindəki iş günləri ilə müqayisə edilərkən ortaya çıxır ki, ölkədə hər iş günündə, ən azı, bir işçi iş prosesində baş verən hadisələr nəticəsində həyatını və ya əmək qabiliyyətini itirir.

Cədvəl: 2015-2020-ci illərdə Azərbaycanda istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində həyatını itirənlərin sayı

İl

İstehsalatda bədbəxt hadisələr nəticəsində həyatını və ya əmək qabiliyyətini itirənlərin sayı

2020

250

2019

302

2018

199

2017

182

2016

247

2015

161

XS
SM
MD
LG