Keçid linkləri

Təcili xəbərlər
2020, 04 Aprel, şənbə, Bakı vaxtı 17:06

ABŞ senatoru ‘erməni soyqırımı’ qətnaməsini bloklayır


Senator Kevin Cramer

ABŞ-da respublikaçı senator Kevin Cramer dekabrın 5-də Konqresin “erməni soyqırımını” rəsmən tanıyan qətnaməsini bloklayıb.

Bu senator noyabrın 13-dən bəri sözü gedən qətnaməni artıq üçüncü dəfədir ki, bloklayır.

Cramer deyib ki, onun qətnaməni bloklamasına səbəb bu qanunvericilik aktının münasib vaxta düşməməsi və Türkiyəni qəzəbləndirə biləcəyidir:

"Düşünmürəm ki, Senatda Türkiyənin davranışından narahat olmayan bircə senator var. Vaxtı gələndə biz bu qətnaməni qəbul edərik”.

Prezident Donald Trump-ın respublikaçı partiyadaşları hazırda Senatda çoxluğa malikdir. Nümayəndələr Palatasında isə demokratlar çoxluq təşkil edirlər.

Konqres müşavirləri Associated Press agentliyinə deyiblər ki, Ağ Ev Türkiyə ilə həssas məsələlər barədə danışıqların getdiyi bir vaxtda bu qətnamənin qəbul edilməsini istəmir.

Söhbət Türkiyənin Suriyanın şimalına müdaxiləsinin və Ankaranın Rusiyadan S-400 raketdən müdafiə sistemlərini almasının müzakirələrindən gedir.

Bəzi tarixçilər deyirlər ki, I Dünya Müharibəsi illərində və ondan dərhal sonra Osmanlı imperiyasında 1, 5 milyon erməni qətliam və ya deportasiya edilib. Bir sıra tarxiçi və siyasətçilər bu hadisəni “soyqırım” adlandırırlar.

NATO üzvü olan Türkiyə qətliam və deportasiyanın olması faktını qəbul etsə də, rəqəmlərin qat-qat şişirdildiyini bildirir.

Ankara deyir ki, erməni ölümləri sistemli siyasətin yox, bölgədəki hərbi əməliyyatların nəticəsində baş verib.

XS
SM
MD
LG