Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 11:04

Senatda korrupsiyalaşmış hakimiyyətlərdən danışıldı


Çirkli pullar
Çirkli pullar

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyası kimi tanınan Helsinki Komissiyası oktyabrın 3-ü Dirksen Senat binasında kleptokratiyaya qarşı korporativ şəffaflıq mövzusunda dinləmə keçirib.

«Kleptokratiya» dövlətin imkan və vasitələrindən öz maraqlarından ötrü istifadə edilən hakimiyyətlərə verilən addır.

«Amerikanın səsi»nin xəbərinə görə, tədbirin əsas müzakirə mövzusu ABŞ-ın çirkli pulların yuyulması əleyhinə apardığı siyasətin təkmilləşdirilməsi olub.

Senat üzvlərinin və ekspertlərin iştirak etdiyi dinləmələrə demokrat senator Sheldon Whitehouse sədrlik edib.

***Buna da bax-2.9 milyard dollar və 'Azərbaycanın pulyuyan maşını' (Jurnalist araşdırması)

Açılış nitqində senator Whitehouse Azərbaycanın hökumət rəsmilərinin 2012-2014-ci illər arasında Böyük Britaniyada qeydiyyatda olan 4 böyük şirkət vasitəsilə 2.5 milyard avronu (2.8 milyard dollar) «yumaları» iddiaları üzərində dayanıb. Bu pulun Avropada siyasətçilərə rüşvət verilməsi və bahalı əşyaların alınmasında istifadə edildiyi bildirilir.

Demokrat senator Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsinin (OCCRP) araşdırmasına istinad edib. O vurğulayıb ki, sözügedən illər ərzində Azərbaycanda 90-dək insan haqları fəalı, müxalifətçi və jurnalist həbsxanalara salınıb.

«ANONİM ŞİRKƏTLƏRİN FƏALİYYƏTİNƏ SON QOYULMALIDIR».

Hudzon İnstitutundan olan kleptokratiya üzrə ekspert Charles Davidson çıxış edərək bildirib ki, hazırda avtoritar rejimlər özlərini 21-ci əsrin biznes modelinə uyğunlaşdırıblar:

«Avtoritar rejimlər öz ölkələrində qanunsuzluqla əldə etdiklərini qoruyub-saxlaya bilsinlər deyə, bu pulları qanunların işlədiyi, azad və demokratik ölkələrə daşımağa çalışırlar».

***Buna da bax-Soros və erməni lobbisi doğrudanmı Azərbaycana qarşı birləşib? [video]

Daha sonra çıxış edən Avropa Birliyinin ABŞ üzrə nümayəndəsi Caroline Vicini qeyd edib ki, qloballaşmanın yaratdığı azadlıq sayəsində hazırda cinayətkar və terror qruplarına külli miqdarda maliyyə vəsaitləri köçürülə bilir.

Maliyyə Hesabatlılığı və Korporativ Şəffaflıq (FACT) Koalisiyası adından çıxış edən Gary Kalman isə qlobal korrupsiyaya ilə mübarizə üsulunda əsaslı islahatların aparılmasının vacibliyini qeyd edib:

«Hüquq-mühafizə orqanları arasında daha yaxşı koordinasiya və məlumat ötürülməsini təmin etməliyik. Konqres insan hüquqlarını pozan və irimiqyaslı korrupsiya ilə məşğul olan şəxsləri hədəf alan Qlobal Maqnitski qanunu qəbul edərkən əhəmiyyətli bir addım atdı. Lakin bu, yetərli deyil. Məxfilik məsələsi aradan qaldırılaraq anonim şirkətlərin fəaliyyətinə son qoyulmalıdır. Əgər biz çirkli pulları yumaq üçün həmin şirkətlərdən istifadə edənləri müəyyən edə bilmiriksə, o zaman biz islahatlar keçirib, qanunu dəyişib həqiqi günahkarları müəyyən etməliyik».

Azərbaycan rəsmiləri isə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsinin araşdırmasını qərəzli sayır. Rəsmilərin fikrincə, bu araşdırma Azərbaycanın uğurlarına qısqanan ermənipərəst qüvvələrin böhtan və uydurmalarından ibarətdir. Üstəlik, orada yer alan məsələlərin prezident və onun ailə üzvlərinə heç bir aidiyyəti yoxdur.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG