Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 00:13

‘Səhiyyə Nazirliyini bir test elədim və məlum oldu ki,...’-media icmalı


Eyyub Hüseynov, Bakı, 29 iyul 2009
Eyyub Hüseynov, Bakı, 29 iyul 2009

Prezidentin rəhbərliyi altında ötən ilin yekunlarına dair Nazirlər Kabinetinin toplantsı, hökumətin gömrük rüsumları ilə bağlı siyasəti, “ quş qripi”-nə qarşı görülən tədbirlər və başqa məsələlər medianın aparıcı mövzularındadır ...

Ekspert tövsiyələri

“ Modertor.az” saytı-nda “ “Donuz qripi” Azərbaycana gələrsə...” sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, bir neçə güdür , Azərbaycanda əhalinin “donuz qripi” nə yoluxmaması ilə bağlı işlər aparılır. Müəllifin qeyd etməsinə görə, artıq “donuz qripi”i Azərbaycanın qonuşusu, Gürcüstanda 10-dan çox şəxsin həyatına son qoyub.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da sayta müsahibəsində istehlakçılardan diqqətli olmalarını istəyib :

“Azərbaycanda çox təəssüflər olsun ki, bu və ya digər epidemiyalar olanda yaxşı iş getmir. 2006-cı ildə “quş qripi” yayılanda xarici ölkədən gəlirdim. Təyyarədə sərnişinlərin xəstəliyini öyrənmək üçün anket vərəqi payladılar. Orda yazdım ki, 42 dərəcə temperaturum var və “quş qripi”nin bütün əlamətlərini yazıb gözlədim ki, təyyarədən düşən kimi məni həkim nəzarətinə götürəcəklər, amma heç kim yaxınlaşmadı. Bununla Səhiyyə Nazirliyini bir test elədim və məlum oldu ki, yalançı bir çağırışdır”

E. Hüseynov daha sonra da deyib: “ Düşünürəm ki, “donuz qripi” Azərbaycana gələrsə, bir müddət sonra onu aşkar edəcəklər, çünki bu istiqamətdə effektiv iş getmir. “Quş qripi” ilə bağlı araşdırma aparanda da açıq əllə quşları ovlayıb analiz edirdilər. Biz bunu tənqid edəndən sonra yığışdırdılar”.

Hansı mallar bahalaşa bilər?

“ Yeni Müsavat” qəzeti-ndə “Hansı materialların gömrük rüsumu artırılıb” sualı gündəmə gətirilib.

Müəllif qeyd edib ki, baş nazir Novruz Məmmədov Azərbaycan xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumları və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişikliklər edib.
Yazıda bildirilir ki, şəkər əlavələri, dad-aromatik maddələr əlavə edilmiş suların 1 litrinə 0,3 ABŞ dolları, alkoqolsuz energetik içkilərin 1 litrinə 0,3 ABŞ dolları, tərkibində tütün olan siqarlar, ucları kəsilmiş siqarların 1000 ədədi üzrə 0,5 ABŞ dolları və elektron siqaretlərdən ötrü maye - 1 kq-ı üzrə 1 ABŞ dolları gömrük rüsumu müəyyən edilib.

Natiq Cəfərli
Natiq Cəfərli

“Yeni Müsavat”a açıqlamasında bu məsələyə münasibət bildirən iqtisadçı Natiq Cəfərli deyib ki, yetərincə yerli istehsalı olmayan energetik içkilərin gömrük rüsumlarının artırılması bahalaşmaya yol açacaq:

“Spirtsiz enerji içkilərinin Azərbaycanda istehsalı yoxdur, bu məhsulların əksər hissə xaricdən gətirilir. Bu xarici markalara kifayət qədərtələbat var idi, gənclər tərəfindən maraq artmışdı. Doğrudur enerji içkilərinin insan səhhətinə ziyanlı olması müzakirə olunur. Ancaq bu qərarın verilməsində əsas məsələ o deyil. Yerli istehsal olmadığı halda gömrük rüsumlarının bu qədər artırılması, bazarda qiymətlərə nəzərə çarpacaq dərəcədə təsir göstərəcək”

İqtisadçının fikrincə, ola bilər ki, gələcəkdə başqa qərarlar da verilsin və büdcənin formalaşması ilə bağlı problem yaşanarsa, müəyyən artımlara gedilsin:

“Çünki neftin qiymətlərində də oynaqlıq var, hazırda təxminən 60 dollar civarındadır. Bu dabüdcənin hesabladığı qiymətdir. Qiymət 60 dollardan aşağı düşsə, ola bilər ki, il ərzində gömrük rüsumları və vergilərdə növbəti artım qərarları verilsin, digər istehlak mallarına aid rüsumlar artırılsın”.

Dövlət başçısı: “Bütün iqtisadi göstəricilər müsbətdir”

Ilham Əliyev , qatarda, -16 noyabr 2018
Ilham Əliyev , qatarda, -16 noyabr 2018

“Azərbaycan” qəzeti-ndə “Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib” sərlövhəli yazı dərc edilib.

Yazıda həmin iclasda dövlət başçısının ölkə həyatının müxtlif sahələrinə dair çıxışna yer verilib.

Dövlət başçısı həmin çıxışında bütün iqtisadi göstəricilərin çox müsbət olduğunu deyərək bəzi rəqəmləri ictimaiyyətin diqqətinə çatdırıb:

“Ümumi daxili məhsul, yəni, iqtisadi artım keçən il Azərbaycanda 1,4 faiz olmuşdur. Hesab edirəm ki, bu, yaxşı göstəricidir. Əlbəttə ki, bizim arzularımızı tam əks etdirmir. Ancaq, eyni zamanda, dünyada gedən proseslərə baxdıqda hesab edirəm ki, yaxşı göstəricidir. Ondan daha yaxşı göstərici qeyri-neft sektorunun inkişafıdır. Burada da inkişaf 1,8 faizdir. Sənaye istehsalı 1,5 faiz artıb, qeyri-neft sektorunda isə sənaye istehsalı 9,1 faiz artıb. Bu, onu göstərir ki, sənayeləşmə siyasətimiz öz gözəl nəticələrini verir”.

Dövlət baçısı vurğulayıb ki, inflyasiya cəmi 2,3 faiz olub, manatın məzənnəsi sabit qalıb, kənd təsərrüfatı 4,6 faiz artıb.

Prezident habelə bildirib ki, 2018-ci ildə ölkə iqtisadiyyatına 17,2 milyard manat sərmayə qoyulub. Bunun da 11 milyard manatı, qeyri-neft sektoruna qoyulan sərmayədir :

“Yəni, bu, onu göstərir ki, Azərbaycan sərmayə qoyuluşu üçün çox cəlbedici ölkədir...”

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG