Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:51

Azərbaycan vətəndaşları niyə vaxtında həkimə getmir? [video]


Pulsuzluq ya həkimə inamsızlıq - Tibbi yoxlamaya nə mane olur?
Gözlə

No media source currently available

0:00 0:14:48 0:00

Pulsuzluq ya həkimə inamsızlıq - tibbi yoxlamaya nə mane olur? [A-Live]

Azərbaycanda vətəndaşlar xəstələnməmiş ənənəvi, önləyici müayinələrə gedə bilirlərmi?

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov bu məsələni, Milli Məclisin komitə iclasında yanvarın 25-də qaldırıb, deyib ki, sağlamlıq üçün profilaktik tədbir görülmür:

“Azərbaycanda xəstəliklərin cavanlaşması həqiqətdir. Çünki profilaktik tədbirlər görülmür. Sovet dövründə insanların ildə iki dəfə poliklinikalarda dispanserizasiyadan keçməsi mütləq idi. Bu, xəstəliklərin vaxtında aşkar edilməsinə və müalicə olunmasına kömək olurdu”.

Bəs Azərbaycan vətəndaşları niyə canının qayğısına qalıb vaxtında həkimə getmirlər?

Buna da bax: Dünyada tibbi sığorta belə işləyir

Bakı sakinləri arasında sorğu keçirib, onlardan da soruşmuşuq ki, Sizcə, Azərbaycanda vətəndaşların vaxtaşırı tibbi müayinəsinə əsas maneə nədir?:

Vətəndaş tibbi müayinəyə nə qədər həvəslidir?
Gözlə

No media source currently available

0:00 0:01:35 0:00

Tibb elmləri doktoru, professor Adil Qeybulla deyir ki, Sovet dövründə, Azərbaycanda sahə həkimləri var idi, onlar aparatlarını götürüb, kəndbəkənd, şəhərbəşəhər, qapı-qapı gəzib camaatı müayinədən keçirərdi. Lazım olan özünü müayinə etdirərdi. Sovet hökuməti dağılandan sonra yeni dövlət belə səhiyyə xidməti təşkil etmədi:

Buna da bax: Hökumət səhiyyənin inkişafından danışan zaman... [video]

Tibb elmləri doktoru Adil Qeybulla
Tibb elmləri doktoru Adil Qeybulla

“Bilirsiz, təbabətin əsas prinsipi nə olmalıdır? Qorumaq, nəinki müalicə eləmək. Bir xəstəliyin qarşısını almaq dövlətə həm də iqtisadi baxımdan ucuz başa gəlir. Bütün ölkə üzrə vətəndaşların sağlamlığının qayğısına qalmaq məsuliyyəti dövlətin məsuliyyətidir”.

Azərbaycanda səhiyyə qanunla pulsuzdur, amma bir çox hallarda camaat onlardan pul tələb olunduğunu deyir. Səhiyyə Nazirliyi isə dövlətin nəzarətində olan tibb müəssisələrində əlavə ödəniş tələb edilməsi barədə deyilənləri inkar edir. Nazirliyin rəsmiləri deyirlər ki, onlara açıq şikayət gələndə araşdırırlar.

Səhiyyə Nazirliyinin mətbuat xidməti gün ərzində zənglərimizə cavab vermədi.

Buna da bax: Səhiyyə nazirliyi keyfiyyətsiz dərmanlarla necə mübarizə aparır?

Almaniyada xəstəxanaların birində çalışan azərbaycanlı həkim İlkin Məhərrəmli isə deyir ki, orda xəstəxanaya gələnlər əsasən 80 yaşı keçmiş adamlardır. O, deyir ki, onun müşahidələrinə görə, Azərbaycandan fərqli olaraq, Almaniyada xəstəxanalara gələnlər əsasən yaşlılardır.

Analizlər (Arxiv fotosu)
Analizlər (Arxiv fotosu)

Almaniyada çalışan başqa bir həkim Rəşad Müseyibzadə deyir ki, almanların başı ağrıyan kimi köməyə ailə həkimi çatır:

"Almaniyada belədir ki, hər bir şəxsin, oturumu olan hər bir kəsin ev həkimi var. Adi bir başağrısında belə dərhal ev həkiminə müraciət edirlər. Əgər xəstəlik ciddidirsə, ev həkimi onları xəstəxanaya göndərir. Bu da sığorta nəticəsində mümkün olur. Hər bir şəxsin sığortası var. Ev həkimi pulsuzdur, müayinələr pulsuzdur".

Rəşad Müseyibzadə deyir ki, Almaniyada xəstəliklər erkən mərhələdə aşkarlandığından onun qarşısını almaq daha asan olur.

Buna da bax: 'İrana xəstə axınının bir səbəbi də...' [video]

Azərbaycan hökuməti iki şəhər üzrə tibbi sığortanın tətbiq edib, hələ onun nəticələrini təhlil edir. Bütün ölkə üzrə sığortanın nə vaxt tətbiq olunacağı bilinmir.

Azərbaycan səhiyyəyə bu il təqribən 440 milyon dollar ayırıb, bunu da adambaşına böləndə hərəyə il ərzində ortalama 44 dollar deməkdir.

Qonşu Gürcüstanın xəbər saytlarındakı məlumatlardan məlum olur ki, bu ölkənin dövlət büdcəsində səhiyyə xərci gələn il 365 milyon dollar proqnozlaşdırılır, bu da adambaşına 98 dollar səhiyyə xərci deməkdir. Başqa sözlə, neft gəlirləri olmayan Gürcüstan, səhiyyəyə Azərbaycandan iki dəfə artıq pul nəzərdə tutub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG