Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:55

Azərbaycan seçkisinə sosial şəbəkələr təsir edə bilərmi? [rəylər] [video]


Prezident seçkisinə Facebook-la təsir etmək olar?
Gözlə

No media source currently available

0:00 0:15:03 0:00

Azərbaycanda prezident seçkisinə "Facebook"la təsir etmək olarmı? [A-Live]

Azərbaycanda 11 aprel prezident seçkilərinə sosial şəbəkələr vasitəsilə təxribat törədib, nəticələrə təsir etmək mümkündürmü?

Bu sual ona görə aktuallaşıb ki, ABŞ, 13 rusiyalıya və Rusiya şirkətinə qarşı ittiham irəli sürüb ki, onlar Amerikada 2016-cı ilin prezident seçkisinə müdaxilə ediblər.

Belə ki, Rusiyanın “troll fabriki” kimi tanınan bir şirkətin üzvləri o vaxtkı namizəd Donald Trump-ın seçki kampaniyasını dəstəkləyiblər, Hillary Clinton-u gözdən salmağa çalışıblar.

Buna da bax: Çingiz Abdullayev: 'Tarixdə o qalacaq ki, hansısa vicdansız öz ziyalılarını təhqir edib, söyüb'

Bakıda, hüquqşünas Ələsgər Məmmədli deyir ki, Azərbaycanda seçkiyə bu cür müdaxilə mümkün deyil:

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

“Sosial şəbəkə bizdə ictimai rəyin nə formalaşmasında, nə də nəticələrə təsir etmir, çünki demokratik bir seçim yoxdur. Amerikada olan proses elədir ki, orda cəmiyyətin rəyinə təsir edəcək dezinformasiya, informasiya kimi təqdim edilə bilir və nəticəyə təsir edə bilir. Axı bizdə gerçək seçim yoxdu, bizdə nəticələri MSK əvvəlcədən bilir”.

Mərkəzi Seçki Komissiyası bundan əvvəl, seçkilərin nəticələrinin saxtalaşdırılması barədə ittihamları rədd edib.

“Facebook”da son vaxtlar, İlham Əliyevi dəstəkləyən, onun xeyrinə kütləvi şəkildə şərhlər yazan profillər var. Müxalifət deyir ki, onlar hakim partiyanın trollarıdır, amma partiyanın yetkilisi Məlahət Həsənova AzadlıqRadiosu-na deyib ki, Yeni Azərbaycan Partiyasına aidiyyəti yoxdur.

Buna da bax: Qəfil prezident seçkisi keçirməkdə məqsəd nədir? [versiyalar] [video]

Məlahət Həsənova
Məlahət Həsənova

Azərbaycanın Rusiyadakı keçmiş səfiri, “Demokratiya - gediləsi uzun yol” kitabının müəllifi Hikmət Hacızadə deyir ki, azərbaycandilli trollar, ABŞ-ın Rusiya ilə bağlı iddia etdiyi trollardan fərqlidir:

"Amerikada işləyən trollar bir fabrik boydadır, hərəsində 300-400 nəfərdir. Bizdə azdır, Amerikada seçki var, orda vəziyyət başqadır, bizdə seçki yoxdur”.

Buna da bax: Rusiyanın 'Troll fabriki'ni 'Putinin aşpazı' kimi tanınan şəxs maliyyələşdirir

Amma Hikmət Hacızadə deyir ki, seçkilərə onlayn olmasa da, oflayn xarici təsir mümkündür.

Biz Bakı sakinlərini də müzakirəyə qatmışıq, onlardan soruşmuşuq ki, “Facebook”un sizin seçki ilə bağlı qərar verməyinizdə hansı rolu var.

Politoloq Hikmət Hacızadə deyir ki, seçkiyə onlayn müdaxilə mexanizmi ilə olmasa da, Rusiyanın Azərbaycan seçkilərinə müdaxilə istəyi var, çünki prezident Vladimir Putin, Azərbaycanda tamamilə Rusiyayönümlü dövlət başçısının olmasını istəyir:

Buna da bax: Troll-bloqqer: «12 saata 135 şərh yazırdıq»

Hikmət Hacızadə
Hikmət Hacızadə

“Ümumən əlbəttə ki, hələ ki, İlham Əliyevi dəstəkləyirlər. Ola bilsin ki, istəyərdilər ki, Azərbaycanın başında tamamilə Rusiya tərəfdarı olan adam olsun, amma hələ ki, elə adam yoxdur, ona görə onu dəstəkləyirlər, məsələn, yəni, ara qarışsa, mitinqlər olsa, hansı ki, bu, gözlənilmir, onda Rusiya öz imkanlarından istifadə edəcək, öz adamlarına əmrlər verəcək və çalışacaq istədiyi nəticəni əldə etsin”.

Keçən ay başqa bir siyasi şərhçi Rauf Mirqədirov AzadlıqRadiosu-na demişdi ki, Azərbaycanda erkən seçki keçirməyin bir səbəbi - Rusiyadır - belə ki, martda Rusiyanın başı öz seçkisinə qarışacaq, Azərbaycana təsir imkanı olmayacaq.

Buna da bax: ABŞ-da prezident seçkisinə müdaxilədə ittiham olunanlar arasında bir azərbaycanlı da var

Rusiyanın Azərbaycanda seçkiyə müdaxiləsi mövzusu 2013-cü il prezident seçkisi dövründə aktuallaşmışdı- həmin dövrdə Azərbaycan mediasında iddialar səslənirdi ki, Kreml Azərbaycanda seçkilərə təsir üçün Moskvada imkanlı azərbaycanlıları səfərbər edir. Elə həmin ilin avqustunda, seçkidən iki ay əvvəl, prezident Putin hərbi gəmiylə Bakıya gəldi və prezidentlərin mehribanlıqla görüşünü əks etdirən fotolar yayıldı. Bunun ardınca da Moskvada zəngin azərbaycanlıların birləşdikləri qurumlar fəallıqlarını zəiflədib, sonra tam siyasi meydanı tərk etdilər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG