Keçid linkləri

2024, 06 Dekabr, Cümə, Bakı vaxtı 11:23

Bu dəfəki seçkilərdə saxtakarlar cərimə və islah işlərinə cəlb olunacaqmı? [video]


Formula 1 Azərbaycana qazanc gətirib? Bakı şərtləri necə dəyişir?
Gözlə

No media source currently available

0:00 0:15:03 0:00

Formula 1 Azərbaycana qazanc gətirib? Bakı şərtləri necə dəyişir? [A-Live]

Mərkəzi Seçki Komissiyası seçki vaxtı üzə çıxan şikayətləri necə araşdırır?

Komissiyanın sədri Məzahir Pənahov fevralın 14-də bildirib ki, bu seçkidə 1000 məntəqədə veb-kamera quraşdırılacaq.

Müxalif partiyaları isə uzun illərdir ki, seçkidə saxtakarlıq hallarının, qanun pozuntusunun olduğunu – bu hallar qeydə alınsa da, bir faydası olmadığını deyirlər.

Buna da bax: Növbədənkənar prezident seçkisi elan edildi [yenilənib]

Məsələn, 2016-cı ildə Konstitusiyaya dəyişikliklə bağlı referendumda Sabirabadda, MSK-nın özünün müşahidə kamerası seçicinin qutuya, qanuna zidd olaraq topa bülleten atmasını qeydə alır. “Meydan-TV”nin yaydığı bir videoda isə məntəqə üzvü qutuya topa bülleten atır.

"Topa bülleten olayı"nın pərdəarxası
Gözlə

No media source currently available

0:00 0:05:10 0:00

Görüntüləri müşahidə kameraları Bakıda, Binəqədi rayonunda qeydə alıb.

Müşahidə kamerasından başqa, jurnalistlər də illərlə seçki pozuntuları barədə videogörüntülər ortaya qoyublar – başqasının yerinə səs vermə, karusel əməliyyatı və s.

Mərkəzi Seçki Komissiyası bu ittihamlarla bağlı gün ərzində suallarımıza cavab vermədi.

Buna da bax: Qəfil prezident seçkisi keçirməkdə məqsəd nədir? [versiyalar] [video]

Azərbaycan qanunlarına görə başqa şəxslərin yerinə səs verənlər, birdən artıq bülleten atanlar iki min beş yüz manatdan beş min manatadək cərimələnə ya da bir ilədək islah işlərinə cəlb oluna bilər.

MSK-nın keçmiş üzvü Akif Qurbanov deyir ki, onun təcrübəsində belə şikayətlər əsasən araşdırılmayıb, kimsə cəzalandırılmayıb.

Akif Qurbanov
Akif Qurbanov

Ümid Partiyasının sədri İqbal Ağazadə iddia edir ki, 2015-ci il parlament seçkilərində onun namizəd olduğu, 35 saylı Xətai Üçüncü Seçki Dairəsində saxtalaşdırma olub, amma Mərkəzi Seçki Komissiyası, partiyanın təqdim etdiyi faktlara məhəl qoymayıb:

“Videolarda hər şey var idi. Kimə səs verilmişdi, hər bir bülleten sayılanda videoda hər şey aydın idi. Məntəqələr öz üzərlərinə düşən öhdəliyi yerinə yetirdilər, onlar protokollara imza atdılar, möhürlədilər, amma Mərkəzi Seçki Komissiyaları bu nəticələrə məhəl qoymadan özü nəticə elan etdi”.

Buna da bax: 'Növbəsiz seçkinin səbəbləri...'

İqbal Ağazadə deyir ki, seçkini qalibi o idi, şikayəti araşdırılmamış qaldı, o isə Avropa İnsan Haqlarına Məhkəməsinə şikayət edib.

2015-ci ildə MSK İqbal Ağazadənin şikayəti əsasən da iki məntəqənin nəticəsini ləğv etmişdi.

İqbal Ağazadə
İqbal Ağazadə

Seçki mütəxəssisləri isə deyirlər ki, MSK ən yaxşı halda bir neçə məntəqədə nəticəni ləğv edir, amma bu da yekun nəticəyə təsir etmir.

Mərkəzi icra Aparatının rəhbəri Gülağa Aslanlı deyir ki, onların partiyasından seçki saxtakarlığı ilə bağlı Avropa Şurasına 30-a qədər müraciət edilib, bəziləri artıq təmin olunub və Azərbaycan dövləti kompensasiya ödəməyə başlayıb.

Buna da bax: Seçki təqvim planı: Namizəd 2 həftəyə 60 dairədən 40 min imza toplamalıdır... [video]

2015-ci ildə Müsavat Partiyasından deputatlığa namizədliyini vermiş, Nemət Kərimli də Avropa İnsan Haqları Məhkəməsinə şikayət edib. Deyir ki, onun 9 saylı Binəqədi İkinci Seçki Dairəsində namizədliyini qanunsuz olaraq, ləğv etdilər:

"Onlar 150 imzanı saxta çıxartdılar, amma heç bir sübut təqdim etmədilər ki, bunlar niyə saxtadır. Amma MSK təbii olaraq hakimiyyətin xeyrinə qərar qəbul etdi".

Bu ittihamlara, Mərkəzi Seçki Komissiyasından cavab almaq mümkün olmasa da, prezident İlham Əliyev son çıxışlarından birində deyib ki, Azərbaycanda bütün azadlıqlar söz, mətbuat, sərbəst toplaşma azadlığı tam təmin edilir və hakimiyyətin iddiası dünyanın demokratik baxımdan ən inkişaf etmiş ölkələrinin standartlarına yaxınlaşmaqdır.

Buna da bax: Müsavat da seçkilərə qatılmır

Seçkini saxtalaşdıranlar necə cəzalandırılmalıdır? Bu sualı Bakı sakinlərindən soruşmuşuq:

Seçki saxtakarı necə cəzalandırılsın?
Gözlə

No media source currently available

0:00 0:00:58 0:00

Azərbaycanda bu ilin aprelində keçiriləcək prezident seçkisində isə, müşahidə daha zəif təşkil oluna bilər. Belə ki, bu seçkidə müxalifət liderlərinin çoxu iştirak etməyəcək, ATƏT seçkiləri izləyib-izləməmək barədə hansısa açıqlama verməyib, hər il seçkilərdə qanun pozuntularını videoya çəkən AzadlıqRadiosu və “Meydan-TV”nin Bakı ofisləri bağlanıb, saytları bloklanıb.

XS
SM
MD
LG