Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:58

Ekspert: 'Builki seçkidə müşahidə zəif olacaq' [video]


Nübar qəsəbəsində sürüşmə - sakinlər yardım gözləyir...
Gözlə

No media source currently available

0:00 0:14:51 0:00

Prezident seçkisini kimlər müşahidə edəcək? Nübar qəsəbəsində sürüşmə - sakinlər yardım gözləyir... [A-Live]

Prezident seçkisində yerli müşahidəçilər kimlər olacaq?

Builki seçkiləri bir neçə müxalif qüvvənin birləşdiyi Milli Şura və Müsavat partiyası boykot edib. Onlar boykot qərarlarını seçkinin azad və ədalətli keçirilməsi üçün şərait olmaması ilə əsaslandırırlar.

Müsavat partiyasının icra aparatının rəhbəri Gülağa Aslanlı AzadlıqRadiosu-na deyir ki, indiki şəraitdə məntəqə və dairələrə müşahidəçi göndərib- göndərməmək barədə qərar verməyiblər, hələ ki, müzakirə gedir.

Mərkəzi Seçki Komissiyasının keçmiş üzvü Akif Qurbanov deyir ki, builki seçkidə müşahidə zəif olacaq, çünki ötən seçkidən bu yana, demokratik qüvvələr xeyli sıxışdırılıb.

Buna da bax: İlqar Məmmədovdan seçki ismarışı

Akif Qurbanov
Akif Qurbanov

Akif Qurbanov deyir ki, müşahidəçilik institutu demokratik proses üçün vacibdir:

"Xalq seçkidə iştirak edib öz iradəsini ifadə edir, müşahidəçi qurumlar da buna öz nəzarətini həyata keçirir, sonra da öz rəylərini ifadə edirlər və bu rəylər əsasında da cəmiyyətdə- istər ölkə içində, istərsə də, beynəlxalq aləmdə belə bir rəy formalaşır ki, seçkilər standartlara uyğun keçirildi yoxsa, yox. Seçkilərin nəticəsi xalqın iradəsini əks etdirir, yoxsa yox".

Azərbaycanda uzun müddət seçkiləri müşahidə edən fəal qruplardan biri Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi idi. Bu qurum 2013-cü il prezident seçkilərini izləmək üçün 1000-a yaxın müşahidəçiyə təlim keçmişdi, seçkini izləmək üçün 700 nəfər səfərbər etmişdi. Seçkidən sonra təşkilat bəyan etmişdi ki, məntəqələrin 90 faizində pozuntu aşkarlanıb.

Elə həmin il bu təşkilatın sədri Anar Məmmədli "qanunsuz sahibkarlıq", "seçki saxtakarlığı" və "vergidən yayınma"da ittiham olunub, həbs olundu, üç il həbsdə yatdı.

Buna da bax: 'Seçki ərəfəsində səxavət boğçası'

Anar Məmmədli deyir ki, budəfəki seçkiyə müşahidəçi göndərə bilməyəcəklər:

Anar Məmmədli
Anar Məmmədli

"O vaxt 700 nəfər müxtəlif vasitələrlə bizə seçki pozuntuları ilə bağlı məlumat göndərmişdi. Bu il bunu etmək mümkün deyil. O vaxt təlimlər keçirdik, məlumatlar nəşr edirdik. İndi hansı nəşriyyat evinə getsək, bizim materialı çap edəcək?!"

Anar Məmmədli deyir ki, müstəqil yerli müşahidəçilərin işi bu il zəif olacaq, amma vətəndaşlar özləri öz təşəbbüsləri ilə də seçkini müşahidə edə bilər.

Buna da bax: 'Hər seçkidə namizədliyini verən' Zahid Oruc

Azərbaycan Xalq Cəbhəsi partiyasının, 2005 və 2010-cu il parlament seçkilərində namizədi olmuş Nemət Əliyev deyir ki, onun siyasi karyerasında seçki müşahidəçiləri mühüm rol oynayıb. Belə ki, 2005 və 2010-cu il parlament seçkilərini o udduğu halda, hakimiyyət başqa namizədi qalib elan edib. Daha sonra Avropa İnsan Haqları Məhkəməsi hər iki hal üçün, onun xeyrinə qərar çıxarıb, ona kompensasiya ödənib:

"Bu saxtalaşdırma faktlarını biz seçki müşahidəçilərinin sayəsində aşkar edə bildik. Müşahidəçilərin rəsmiyyətə saldığı sənədlər bizə kömək oldu ki, biz Avropa Məhkəməsində sübuta yetirə bildik. Sübut edə bildik ki, seçkilər kütləvi şəkildə, total şəkildə saxtalaşdırılıb".

Buna da bax: ‘Seçki-2018, namizədlər’: İlham Əliyev kimdir?

Nemət Əliyev deyir ki, onun partiyasının da təmsil olunduğu Milli Şuranın seçkini boykot etməsinin bir səbəbi də budur ki, bu il heç müşahidə üçün də şərait yoxdur.

Nemət Əliyev
Nemət Əliyev

Hakimiyyət rəsmiləri isə bir qayda olaraq, seçkidə ciddi pozuntuların olmasını ittihamını rədd edirlər.

Mərkəzi Seçki Komissiyası martın 10-a qədər 22 min yerli müşahidəçinin qeydiyyatdan keçdiyini bildirir.

Müxalifət və müstəqil müşahidəçilər isə deyirlər ki, belə müşahidəçilər daha çox hakimiyyətin namizədinin tərəfində olur.

Buna da bax: Avropa Parlamenti prezident seçkisini müşahidə etməyəcək

Prezidentin köməkçisi Zeynal Nağdəliyev isə fevralın 15-də mətbuata deyib ki, seçkiləri yüksək səviyyədə keçirməyə çalışırlar:

“Əsas vəzifə ondan ibarətdir ki, qanunvericilik pozulmasın, heç bir qanun pozuntusuna, saxtakarlığa yol verilmədən proses şəffaf keçirilsin. Azərbaycan dairə seçki komissiyalarına yaradılan şərait baxımından dünyada nümunəvi ölkə rolunu oynayacaq, çünki dairə seçki komissiyaları üçün çox yüksək şərait yaradılıb, ən yeni binalar, ən yeni məkanlar təsis olunub ki, seçicilər rahat şəkildə səsvermədə iştirak etsinlər”.

Buna da bax: Yeddi oldular…

Bakı sakinləri nə düşünür? Hər verilişimizdə olduğu kimi onları da müzakirəyə qatmışıq, onlardan soruşmuşuq ki, sizcə, seçkidə saxtakarlıq olmaması üçün hansı tədbirləri görmək lazımdı?

Seçkiniz izləyən başqa bir qrup müşahidəçi isə jurnalistlərdir. 2013-cü il seçkilərindən bu yana, seçki pozuntularını videoyazıya alan, “MeydanTV” və AzadlıqRadiosu-nun Bakı ofisi bağlanıb.

Buna da bax: Milli Şura və Müsavat birgə mitinq keçirdi [video, foto]

Azərbaycanda bu prezident seçkisi qəfildən, növbədənkənar elan olundu. Yeddi namizəd artıq rəsmən qeydə alınıb. Onların arasında 15 ildir ki, hakimiyyətdə olan prezident İlham Əliyev də var. Amma hakimiyyəti sərt tənqid edən müxalifət partiyalarının demək olar hamısı bu seçkini boykot edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG