Keçid linkləri

Təcili xəbərlər
2021, 14 Aprel, çərşənbə, Bakı vaxtı 11:12

Yeddi oldular…


İllüstrasiya

Aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkisində iddialılardan daha 3 nəfərin namizədliyi rəsmən qeydə alınıb.

“Turan” agentliyinin xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının (MSK) martın 10-da keçirilən toplantısında bəzi namizədlərin məsələsi dəyərləndirilib.

Onlar Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Müasir Müsavat Partiyasının rəhbəri Hafiz Hacıyev və "Cəbhəçilərin təşəbbüs qrupu" adlı qurumun namizədi Razi Nurullayev olub.

Razi Nurullayev
Razi Nurullayev

Fərəc Quliyev
Fərəc Quliyev

Hafiz Hacıyev
Hafiz Hacıyev

Hər üç iddialının namizədliyi qeydə alınıb.

Beləliklə, namizədliyi qeydə alınanların sayı 7-yə çatıb.

MSK bundan öncə, Yeni Azərbaycan Partiyasının sədri, hazırkı prezident İlham Əliyevin, deputat Zahid Orucun, Sosial Demokrat Partiyasının sədri Araz Əlizadənin və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbəri Qüdrət Həsənquliyevin namizədliyini qeydə alıb.

İndiyədək 15-ə yaxın şəxs prezidentliyə iddialı olduğunu rəsmən açıqlayıb. Namizədliyin qeydiyyata alınmasından ötrü azı 40 min imza tələb edilir.

Buna da bax: Bilirsiz, seçki sənədlərini saxtalaşdırana hansı cəza verilməlidir?

Bilirsiz, seçki sənədlərini saxtalaşdırana hansı cəza verilməlidir?
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00

Xatırlatma

Bu il Azərbaycanda prezident seçkisi dövlət başçısı İ.Əliyevin istəyi ilə 6 ay önə çəkilib. Aprelin 11-nə təyin edilən seçkilər oktyabrda keçirilməli idi.

Bir sıra müxalif qüvvələr-Milli Şura, Müsavat Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası isə seçkilərin azad və ədalətli keçirilməsindən ötrü şəraitin olmadığını bəyan edərək onu boykot ediblər. Liderləri hazırda həbsdə olan REAL Hərəkatının təmsilçiləri də vurğulayıblar ki, vəziyyət dəyişməyəcəksə, seçkilərə qatılmayacaqlar.

Dövlət başçısı İ.Əliyev isə son çıxışlarının birində qarşıdan gələn prezident seçkilərinin şəffaf, ədalətli, Azərbaycan qanunlarına tam uyğun şəkildə keçiriləcəyinə əmin olduğunu bildirib. Eyni sözləri MSK sədri Məzahir Pənahov da dilə gətirib.

XS
SM
MD
LG