Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 05:31
İ.Əliyevin tərəfdarları bayram edir. 11 aprel 2018
İ.Əliyevin tərəfdarları bayram edir. 11 aprel 2018

İlham Əliyev - 86%

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib.

Müxalifət partiyalarının əksəriyyəti bu seçkini boykot edib.

Səsvermənin gedişini və bütövlükdə seçki prosesində baş verən vacib hadisələri dəqiqəbədəqiqə burada izlə.

09:59 11.4.2018
İ.Əliyev səs verir - 11 aprel 2018
İ.Əliyev səs verir - 11 aprel 2018

Dövlət başçısı və baş nazir səs verib

Hakim Yeni Azərbaycan Partiyasından prezidentliyə namizəd, hazırkı dövlət başçısı İlham Əliyev səs verib. O, 29 saylı Səbail Seçki Dairəsinin 6 saylı seçki məntəqəsində səsverməyə qatılıb.

Onla birgə xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri də səs veriblər.

Baş nazir Artur Rəsizadə də artıq səsvermədə iştirak edib. O isə 16 saylı II Yasamal Seçki Dairəsinin 29 saylı seçki məntəqəsində səs verib

10:43 11.4.2018
A.Rasizadə
A.Rasizadə

2003-cu ildə Heydər Əliyevin səhhəti pisləşəndə tutduğu post indiki prezident İlham Əliyevə verilən və seçkidən sonra yenidən baş nazir təyin edilən 83 yaşlı Artur Rasizadə səs verdi.

10:50 11.4.2018

Saat 10:00-dək seçici fəallığı açıqlanıb

Azərbaycanda keçirilən prezident seçkilərində saat 10:00-dək olan seçici fəallığı açıqlanıb.

MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov vurğulayıb ki, saat 10:00-a qədər seçicilərin 18.71 faizi seçkidə iştirak edib.

Seçicilərin ümumi sayı 5 milyon 314 min 365 nəfər təşkil edir.

11:18 11.4.2018

Fotoreportyor məntəqəyə buraxılmayıb

23 saylı Nəsimi-Səbail Seçki Dairəsi, 2 saylı seçki məntəqəsində «Turan» agentliyinin əməkdaşına foto çəkməyə icazə verilmədiyi bildirilir.

Agentliyin xəbərində bildirilir ki, 46 saylı məktəbdə yerləşən məntəqədə əməkdaşları seçki prosesinin gedişini izləmək, foto çəkmək istəsə də, buna icazə verilməyib.

Həmin məntəqənin seçki komissiyasının üzvləri bildiriblər ki, bu şəxs Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçməyib.

«Ona görə də belə fotoreportyorların məntəqələrə daxil olmaq və ya çəkiliş aparmaq hüquqları yoxdur», - məntəqə seçki komissiyasından bildiriblər.

Məsələyə MSK-dan münasibət almaq mümkün olmayıb.

Azərbaycanda prezident seçkisinə start verildi
Gözlə

No media source currently available

0:00 0:01:45 0:00

Ancaq MSK sədri Məzahir Pənahov səsvermə başlayanda keçirdiyi mətbuat konfransında bildirmişdi ki, heç bir jurnalistə məntəqə daxilində maneə yaradılmamalıdır.

Üstəlik, bu qurumda jurnalistlərdən qeydiyyat tələb edilməyib.

Xəbərdə vurğulanır ki, Yasamal rayonundakı 20 saylı məktəb-liseydə isə media mənsublarına belə qadağa qoyulmayıb.

Davamı

XS
SM
MD
LG