Keçid linkləri

Təcili xəbərlər
2020, 06 Aprel, Bazar ertəsi, Bakı vaxtı 15:45

Seçkiqabağı təşviqat başa çatıb


arxiv foto

Bu gün, dekabrın 22-də saat 08.00-də bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası dayandırılıb.

Seçki Məcəlləsinə əsasən, təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.

Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçilməlidir.Ümumilikdə 41 mindən çox namizədin qeydə alındığı deyilir.

Bundan əvvəl Azərbaycanda 4 dəfə bələdiyyə seçkiləri keçirilib.

XS
SM
MD
LG