Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:48

Seçkidə qeydiyyata alınanlar və alınmayanlar...


Parlament seçkilərinə gedənlər nə deyir
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00

Parlament seçkilərinə gedənlər nə deyir?

Bu il fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərində hazırda namizədlərin qeydiyyata alınma mərhələsi davam edir. Namizədin qeydə alınmasından ötrü zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi vaxtı yanvarın 10-u saat 18:00-da başa çatacaq.

Müxalifətdə olan Müsavat Partiyası Mərkəzi Seçki Qərargahının rəhbəri Gülağa Aslanlı AzadlıqRadiosuna deyib ki, onlardan 87 nəfər deputatlığa namizədliyini irəli sürüb. Onun sözlərinə görə, hələlik, yalnız 5 nəfər deputatlığa namizəd kimi qeydə alınıb: «İndilikdə isə 50-dən yuxarı namizəd imzatoplama kampaniyasını başa vurub və sənədləri dairə seçki komissiyalarına (DSK) təhvil veriblər. O cümlədən, prosesi başa çatdıra bilməyənlər də var, onlarda imza toplanması davam edir».

G.Aslanlı
G.Aslanlı

«Bankların işləməməsi...»

Qərargah rəhbəri iddia edib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə bağlı birhəftəlik tətil günlərini əsas gətirərək dairə seçki komissiyaları sədrlərinin bəziləri işə gəlməyib, bir neçəsi də sənədləri qəbul etməkdən imtina edib. Amma G.Aslanlı vurğulayıb ki, Mərkəzi Seçki Komissiyasına şikayətdən sonra məsələlər həllini tapıb.

G.Aslanlıya görə, bu kampaniyanın Yeni il bayramı günlərinə təsadüf etməsi və bankların işləməməsi gəlirlər, əmlaklar haqqında arayışların toplanması məsələsində problemlər yaradıb:


«Onunla bağlı gecikmələr var. Bu da seçki təyin edilərkən yerinə yetiriləcək prosedurların nəzərə alınmamasının nəticəsidir. Bayram da olsa, həmin günlər seçki kampaniyası dövrü sayılır, dövlət idarələrinin işləməməsi bu mərhələdə müəyyən gecikmələrə səbəb oldu».

Başqa bir müxalif qüvvə - ReAL Partiyasının təmsilçisi Natiq Cəfərli isə deyib ki, «ReAL Cümhuriyyətçilər İttifaqı» adı altında seçkilərə qatılıblar və ilkin olaraq 46 namizəd müəyyən edilib: «Həmin 46 nəfərdən artıq 12 nəfəri qeydiyyatdan keçib və deputatlığa namizəddirlər. 4 namizəd imzatoplama kampaniyasına yanvarın 8-də yekun vuracaq. Beləliklə, 46 nəfərdən 34 nəfərin sənədləri DSK-ya təqdim olunacaq və bu gün, yanvarın 8-də imza toplanması başa çatdırılacaq».

N.Cəfərli
N.Cəfərli

«Ən əsas problem odur ki,...»

Seçki prosesinin bu mərhələsində pozuntulara gəlincə, N.Cəfərli deyib: «İmzatoplama kampaniyasına təsir edəcək ciddi qanun pozuntusu olmadı. Xırda prosessual qayda pozuntuları var idi, bu da bayram günləri ilə əlaqədar idi. Bu seçkilərin keçirilməsi üçün pis vaxt seçilməsiylə əlaqəlidir. Bu prosesdə bank hesabının açılması vacib element idi. Odur ki, bankların işləməməsi prosedur problemləri yaradıb».

N.Cəfərliyə görə, ən əsas problem odur ki, Avropa İnsan Haqları Məhkəməsinin qərarları və Avropa Şurası Nazirlər Komitəsinin çağırışına baxmayaraq, ReAL Partiyasının sədri İlqar Məmmədov da daxil, 8 şəxsin məhkumluğu götürülmədiyindən onlar seçkilərə qatila bilməyiblər. Həmin şəxslərdən 3 nəfəri ReAL üzvləridir.

YAP nə deyir

Hakim Yeni Azərbaycan Partiyası (YAP) mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev isə «Turan» agentliyinə deyib ki, onlardan deputatlığa iddialı olan namizədlər artıq qeydə alınıblar. «Namizədlərin qeydə alınmasında hər hansı problem olmayıb»,- H.Paşayev bildirib.

Mərkəzi Seçki Komissiyasından (MSK) bildirildiyin görə, dünən yanvarın 7-nə kimi müraciət edən 2330 nəfərdən 2203-nün namizədliyi artıq təsdiq olunub.

MSK sədri Məzahir Pənahov, üstəlik, yanvarın 7-də deyib ki, 2075 nəfər imza vərəqələrini artıq götürüb, onlardan 874 nəfəri vərəqələri qaytarıb, 557-nin isə namizədliyi qeydə alınıb.

Müsavatçı ona süni maneələrin yaradıldığını deyir
Gözlə

No media source currently available

0:00 0:03:09 0:00

Şikayətlərə gəldikdə isə, MSK-nın Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli «Turan» agentliyinə deyib ki, komissiyaya daxil olan bütün şikayətlər araşdırılır və tərəflərə cavab verilir.

Xatırlama

2019-cu il noyabrın 28-də hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının iclasında bu partiyadan olan deputatlara parlamentin buraxılması barədə müraciət göndərmələri tövsiyə edilib. Həmin müraciət hazırlanaraq göndərilib. YAP Siyasi Şurası o qərarını prezident İlham Əliyevin islahatlar kursuna dəstək məqsədilə verdiyini açıqlayıb. Dekabrın 2-də də Milli Məclis parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə prezidentə müraciət edib. Prezident isə bunun konstitusiyaya uyğun olub-olmaması barədə Konstitusiya Məhkəməsinə sorğu göndərib. Konstitusiya Məhkəməsinin Plenumu dekabrın 4-də Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsini konstitusiyaya uyğun sayıb. Bir gün sonra prezident seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi ilə bağlı sərəncam imzalayıb. Əslində isə Azərbaycanda parlament seçkiləri bu ilin noyabrında keçirilməli idi.

Müxalifət qüvvələrindən Milli Şura bu seçkiləri boykot etməklə bağlı qərarını açıqlayib. Qurum hesab edir ki, Azərbaycanda azad və ədalətli seçkilərdən ötrü minimum şərait belə yoxdur. Rəsmilər və Mərkəzi Seçki Komissiyasının rəhbərliyi onların fikirlərini qəbul etmirlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG