Keçid linkləri

2024, 10 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 12:30

Siyasi fəal: 'Bu şərtlərlə seçki pisdir, boykot ondan da pisdir'


Müxalifətdə müzakirələr başladı. Seçkiyə kimlər qatılır?
Gözlə

No media source currently available

0:00 0:10:02 0:00

Müxalifətdə müzakirələr başladı. Seçkiyə kimlər qatılır?

Azərbaycanda müxalifət partiyaları arasında növbədənkənar parlament seçkilərində iştirakla bağlı ciddi fikir ayrılığı var.

Məsələn, bir neçə müxalifət partiyaları və ictimai fəalların birləşdiyi Milli Şura erkən seçkiləri boykot etməyin, Real Partiyası isə istənilən halda bu imkandan yararlanmağın tərəfdarıdır.

Görəsən kim haqlıdır? Müxalifət nümayəndələri dekabrın 3-də erkən seçkilərdə iştirak imkanlarını müzakirə ediblər. Amma yekun qərara gələ bilməyiblər.

Real Partiyasının sədri İlqar Məmmədov bu toplantıda iştirak etməsə də, çıxışlarında əminliklə bildirir ki, müxalifət partiyaları erkən seçki imkanından yararlanmalıdır:

“Biz bu qərara hazır idik. Hər kəsi də hazırlaşmağa çağırırdıq. Parlament seçkiləri Azərbaycanda mühüm bir mərhələdir. Bütün siyasi partiyaları seçkilərdə iştiraka çağırırıq”.

Amma AXCP-nin də daxil olduğu Milli Şura bir neçə gün əvvəl yaydığı bəyanatında qeyd edir ki, erkən seçkilərdən məqsəd demokratikləşmə və islahatlar yox, hakimiyyəti bir ailənin əlində daha da cəmləşdirmək, seçkiləri daha asan saxtalaşdırmaqdır.

Milli Şura hesab edir ki, seçki islahalatarı aparılmasa, ölkədə ədalətli seçki mühiti yaradılmasa, nəticəsi əvvəlcədən bilinən prosesdə iştirak etməyəcək və seçkiləri boykot edəcək.

Müsavat Partiyasının başqanı Arif Hacılı isə başqa müxalif partiyalarla müzakirədən sonra partiyanın öz qərarını elan edəcəyini bildirib.

Hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Əhmədov isə öz Facebook hesabında seçkidən imtina edən müxalifət partiyalarını ittiham edir:

“Həmin siyasi partiyalar yeni bir seçki şansından bəhrələnmək əvəzinə yenə də onun boykot edilməsindən söhbət açırlar. Aydın şəkildə görünür ki, radikal müxalifət seçki formasından istifadə etmək niyyətində deyil. Ölkədə keçirilən bələdiyyə seçkilərində iştirak etməyən, gözlənilən parlament seçkilərində iştirak etmək üçün xüsusi şərtlər irəli sürən təşkilat, heç şübhəsiz, seçkidən daha çox radikallaşmaq və qarşıdurma yaratmaq haqqında düşünür”.

Əli Əhmədov bəzi müxalif partiyaların seçkiyə getməməsinin daha bir səbəbini isə onların ictimai dayaqdan məhrum olması ilə əsaslandırır.

Tanıdığınız məhşurlardan kimlərin deputat olmasını istərdiz?
Gözlə

No media source currently available

0:00 0:00:31 0:00

Seçkilərdə iştirak edib-etməmək sosial şəbəkələrdə də ciddi müzakirə olunur. Kimi bu şərtlər altında seçkiləri boykotun, kimi də əksinə ən azı səsləri qorumağın hesabına seçkilərə getməyin tərəfdarıdır.

Qorxmaz Əsgərov, hüquqşünas:

“Seçkilərdə əsas müxalifət qüvvələri iştirak etməlidirlər. Bunu etməmək İlham Əliyevin işini asanlaşdıracaq, 2015-dəki kimi, 2018-dəki kimi. Boykot irticanın əzib sıxışdırdığı mübariz azlığın silahı ola bilməz”.

Rəşid Hacılı, hüquqşünas:

“AXCP-nin seçkilərin azad və ədalətli keçirilməsiylə bağlı irəli sürdüyü tələbləri haqlı sayıram və dəstəkləyirəm. Seçki haqqında bu real durum açıqlanmadan və haqlı tələblər səsləndirilmədən danışmaq ən yumuşağı boşboğazlıq olardı”.

İlkin Rüstəmzadə, NİDA hərəkatının İH-nin üzvü:

"Bu şərtlərdə seçki pisdir, boykot isə daha da pisdir. İki pis arasında daha pis olanı seçməklə bağlı motivasiya ola biləcək heç bir faktor yoxdur. Qısası, seçkidə iştirak etməmək, illər sonra yaranan “kütlə”ni siyasiləşdirmək şansını zibilliyə tullamaq olacaq".

Dekabrın 2-də deputatlar prezident İlham Əliyevə parlamentin buraxılması ilə bağlı müraciət ediblər. Prezident İlham Əliyev isə bu müraciətin hüquq əsası olub-olmadığını yoxlamaq üçün Konstitusiya məhkəməsinə müraciət edib

YAP deputatlarına belə bir müraciətin hazırlanması hakim partiyanın Siyasi Şurasının noyabrın 28-də keçirilən iclasında tövsiyə edilib.

Bununla bağlı keçirilən mətbuat konfransında YAP-ın icra katibi Əli Əhmədov bildirib ki, bu addım prezidentin ölkədə apardığı islahatların parlamenti də əhatə etməsinə şərait yaratmaqdır.

Hökumətin tənqidçiləri isə hesab edir ki, bu addım hakimiyyəti bir ailənin əlində daha da cəmləşdirmək cəhdidir.

XS
SM
MD
LG