Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:49

Ukrayna Rusiyaya işləyən generalı həbs etdiyini deyir


General Valery Shaytanov-un həbsi

Ukraynanın dövlət təhlükəsizlik xidməti - SBU xəbər verir ki, onun yüksək rütbəli zabitlərindən biri, general Valery Shaytanov Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) ilə əməkdaşlıqda şübhəli kimi həbs edilib.

Təcrübəli əks-kəşfiyyat generalı dövlət xəyanətində və terrorizmdə ittiham olunur.

SBU-nun məlumatında deyilir ki, general Rusiyanın tapşırığı ilə Donbasda Ukrayna qoşunlarının tərəfində döyüşən Dzhokhar Dudayev adına batalyonun komandiri Adam Osmayevin qətlinin planlaşdırılmasında iştirak edib.

Ukraynada buna qədər Osmayevə iki sui-qəsd baş tutmamışdı.

Adam Osmayevin özü isə Vladimir Putinə sui-qəsd planı qurmaqda şübhəli bilinərək 2012-ci ildə Odessada həbs olunmuşdu.

O Rusiyaya təhvil verilməmişdi.

Milliyyətcə çeçen Osmayevin arvadı Amina Okuyeva 2017-ci ildə Kiyev yaxınlığında pusquda öldürülüb.

SBU-nun verdiyi məlumata görə Shaitanov Rusiya xüsusi xidmətləri tərəfindən hələ 2014-cü ildə ələ alınıb.

Rusiyanın Regnum saytı SBU-ya istinadən yazır ki, Shaytanov habelə Ukrayna ərazisində terror aktlarının planlaşdırılmasını həyata keçirib.

Xəbər verilir ki, o bu məqsədlə keçmiş xüsusi təyinatlılardan ibarət qrup təşkil edib və Donbasda Kliyevin hazırladığı bəzi məxfi əməliyyatlar barədə Rusiya tərəfinə məlumatlar ötürüb.

Bu da iddia olunur ki, general Shaytanov-a 200 min dollar və Rusiya pasportu vəd edilmişdi.

SBU-nun rəhbəri Ivan Bakanov generalın həbsini Ukraynanın müstəqillik tarixində ən mühüm ifşa əməliyyatı adlandırıb.

Shaytanov SBU sistemində “A” xüsusi əməliyyatlar qrupunun rəhbərlərindən biri idi.

Bu qrup keçmiş sovet seçmə xüsusi təyinatlı birləşməsinin əsasında yaradılıb.

XS
SM
MD
LG