Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 04:29

Putin-ə sui-qəsddə suçlanan çeçenin arvadı güllələnib


Aminа Okuyeva
Aminа Okuyeva

-

Rusiya hakimiyyətinin prezident Vladimir Putin-ə sui-qəsd cəhdində təqsirləndirdiyi çeçenin arvadı Kiyev yaxınlığında pusquda öldürülüb.

Adam Osmayev deyir ki, həyat yoldaşı Amina Okuyeva ilə birlikdə oktyabrın 30-da Ukrayna paytaxtının kənarında avtomobildə gedirmişlər, bir maşın onların arxasınca düşüb.

RUSİYAYA İTTİHAM

Maşına atəş açılıb və güllə Okuyeva-nın başından dəyib, Osmayev Ukraynanın lb.ua portalına danışıb.

Hücumda yaralanmış Osmayev düşünür ki, məqsəd onların ikisini də öldürmək olub. O, Rusiyanı hücumun arxasında durmaqda ittiham edib.

Ukrayna Daxili İşlər Nazirliyinin müşaviri Anton Herashchenko daha öncə bildirmişdi ki, çeçenlərin olduğu maşın dəmiryol xəttini keçəndə gülləboran edilib, Okuyeva ölüb, həyat yoldaşı yaralanıb.

Hromadske televiziyası Ukrayna polisin hücumu təsdiqlədiyini bildirib.

Daxili İşlər Nazirliyinin sözçüsü Yaroslav Trakalo Rusiyanın Interfax-Ukraine xəbər agentliyinə bildirib ki, təhqiqatçılar terror deyil, “planlaşdırılmış qətl” maddəsi üzrə cinayət işi açacaqlar.

Osmayev iyunda Kiyevdə sui-qəsd cəhdindən yayına bilmişdi, o, avtomobilinin içində yaralanmışdı. Həyat yoldaşı cavab atəşi açaraq şübhəli hücumçunu yaralamışdı.

*** Buna da bax: Putinə sui-qəsddə suçlanana Kiyevdə silahlı hücum olub, amma...​

OSMAYEV-İN UKRAYNA TARİXÇƏSİ

Osmayev 2012-ci ilin fevralında Ukraynanın Odessa şəhərində saxlanıb, qanunsuz partlayıcı maddə saxlamaq, şəxsi mülkiyyətə ziyan vurmaq və dələduzluqda ittiham olunub. Sonradan Rusiya hakimiyyətinin xahişiylə ona Putin-ə sui-qəsd cəhdi ittihamı irəli sürüldü.

Avropa İnsan Haqları Məhkəməsi Ukraynaya tövsiyə etdi ki, Osmayev-i Rusiyaya ekstradisiya etməsin. Bundan sonra Kiyev ekstradisiya prosesini ertələdi. 2013-cü ilin sentyabrında Rusiya məhkəməsi ikinci şübhəlini, Ukraynadan təhvil aldığı – Ilya Pyanzin-i 10 illik həbsə məhkum etdi.

Osmayev 2014-cü ilin noyabrında, ilkin ittihamlar üzrə 2,5 il həbs cəzası çəkəndən sonra azadlığa buraxılıb. O, 2015-ci ilin fevralında könüllü Dzhokhar Dudayev batalyonunun komandiri olub və Ukraynanın şərqində rusiyapərəst separatçılarla döyüşüb.

The Irish Times qəzetinə müsahibəsində deyirdi ki, digər çeçenlərlə birlikdə Kiyev tərəfdə döyüşməyə “həm də Ukrayna və Avropa ideyaları olan çeçen ideyası uğrunda savaşdan ötrü” qərar verib.

Ötən həftə Ukraynanın millətçi müxalifət Radikal Partiyasından deputat Ihor Mosiychuk Kiyevdə bomba hücumuna məruz qalıb, iki nəfər ölüb, deputat yaralanıb. Okuyeva onun müşaviri işləyirdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG