Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 02:59

Moskvada Dadaşova bacıları 'Ferrari' alarkən saxlanıblar


"Kommersant" qəzetindən web-screenshot. 23march2017

Rusiya polisi Moskva “Sberbank”ının iki qadın əməkdaşını dələduzluqda şübhəli bilərək saxlayıb.

Bu barədə Rusiyanın “Russia Today” (RT) portalının rus səhifəsi yazır.

Portal “Kommersant” qəzetinə istinadla bildirir ki, polis Məryəm və Tamilla Dadaşova bacılarını Moskvada lüks avtomobil salonlarından birində saxlayıb. Onlar 7 milyon rublluq “Ferrari”ni sənədləşdirirmişlər.

Buna da bax:​ 'Rusiya böhrandan durğunluğa qədəm qoyur'

O da qeyd olunur ki, bacılar “Sberbank”ın əməkdaşları olublar və kiçik biznesə xidmət sektoruna baxıblar.

“Kommersant”ın bildirməsinə görə, hüquqi şəxslərin hesablarına çıxışları olan Dadaşova bacıları, avtomobilin alışından bir neçə gün öncə 40 milyon rublluq vəsaitin “nağdlaşdırılması üzrə əməliyyat keçiriblər”.

Bəzi məlumatlara görə, bacılar 4 milyard rubl əldə etməyə çalışıblar və onlara cinayət işi açılıb.

Buna da bax: Hakerlərin bank hesablarından 31 milyon dollar oğurladığı iddia edilir

Hələlik, Dadaşova bacılarının, yaxud vəkillərinin bu ittihama münasibəti bəlli deyil.

Daha öncə ura.ru saytı yazıb ki, Tümen vilayətində bankın sosial işçisi və əməkdaşı veterandan 1 milyon rubldan çox oğurlayıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG