Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Sentyabr, bazar, Bakı vaxtı 19:07

Sayt redaktorunun bacısı: 'Bacım günahsızdır, şərlənib'


Polis

«Mənim bacım şərlənib. Narkotiklə mübarizə aparan adam narkotik sata bilməz».

Bu sözləri AzadlıqRadiosuna mayın 1-i Bakı şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs olunmuş «Bakupress» milli informasiya agentliyinin rəhbəri Səfəq Ağabalayevanın (Ağacanın) bacısı Günay Ağabalayeva deyib. Onun sözlərinə görə, həbsin əsl səbəbi, hələlik, məlum deyil. «Apteklərdə psixotrop dərmanların satılması ilə bağlı videoları var idi. Hər bir kəsdən şübhələnə bilərik, amma dəqiq deyə bilmərik bacımı şərləyən kimdir. Lakin həqiqət mütləq üzə çıxacaq», - Ağabalayeva bildirib.

Ş.Ağacanın anası Xoşqədəm Ağabalayeva da AzadlıqRadiosuna qızının narkotik satması barədə ittihama inanmadığını bildirib. X.Ağabalayeva qeyd edib ki, qızı öz həbsinə etiraz olaraq aclıq aksiyası keçirir. «Səhhətində ciddi problem, qan azlığı var. Aclıq ciddi fəsadlar yarada bilər», - anası vurğulayıb.

Ancaq S.Ağacanın aclıq aksiyası keçirməsi və şərlənməsi ilə bağlı yaxınlarının dediklərinə, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Ötən həftə ölkənin bir sıra yerli saytları hüquq-mühafizə orqanlarına istinadən belə məlumat yayıblar ki, mayın 1-i Bakı Şəhər Baş Polis idarəsinin əməkdaşları paytaxtın Nərimanov rayonu ərazisində yerləşən 5 saylı Şəhər Klinik Xəstəxanasının qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib.

Əməliyyat zamanı bir xanımın narkotik vasitə satarkən saxlandığı bildirilib.

Qeyd edildiyinə görə, araşdırmalar zamanı saxlanan qadının «Bakupress» milli informasiya agentliyinin rəhbəri Şəfəq Ağacan olması müəyyən edilib.

Mayın 3-ü isə Xətai Rayon Məhkəməsinin hökmü ilə Ş.Ağacanın barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçildiyi bildirilib.

Ş.Ağacan isə məhkəmə önündə toplaşan jurnalistlərə özünü təqsirli bilmədiyini deyib.

Multimedia

XS
SM
MD
LG