Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:47

Rabitə Nazirliyi: 'Biz bloklamamışıq...'


İnternet senzura
İnternet senzura

Dekabrın 22-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində infoaz.org saytının baş redaktoru Namiq Cəfərlinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı iddiasına baxılıb.

Məhkəmə çəkişməsinə səbəb avqustun 18-dən Azərbaycan ərazisində infoaz.org saytına girişin məhdudlaşdırılmasıdır. N.Cəfərli rəhbərlik etdiyi internet resursuna girişin bloklanmasına görə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyini ittiham edir. İddia da nazirliyə qarşı qaldırılıb. Amma dekabrın 22-də məhkəmədə cavabdehin nümayəndəsi deyib ki, sayta girişin məhdudlaşmasında təmsil etdiyi nazirliyin heç bir rolu yoxdur. Nümayəndə bildirib ki, nazirlik hansısa müraciət əsasında internet resurslarını bloklaya bilər. Amma infoaz.org saytı ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə nə hansısa müraciət daxil olub, nə də bu qurum öz təşəbbüsü ilə hansısa tədbir görüb.

***Buna d bax-Nazirlik təmsilçisi: 'Bizim tədbirdən sonra əksinə, saytların izləyicilərinin sayı artıb...'

Hakim Aygün Abdullayeva qısa müşavirədən sonra iddianın təmin olunmadığını açıqlayıb.

«Nazirliyin sözlərinə tam güvənmirəm»

Baş redaktor AzadlıqRadiosuna bildirib ki, qərardan apellyasiya şikayəti verəcək. Paralel olaraq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinə də müraciət edəcək.

«Əgər deyildiyi kimi, həqiqətən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bizim saytın bloklanmasında rolu yoxdursa, belə çıxır ki, ortada kibercinayətkarlıq faktı var. Ümid edirəm ki, hüquq-mühafizə orqanları bu faktı araşdıracaq. Hərçənd, mən nazirliyin nümayəndəsinin sözlərinə də tam güvənmirəm», – baş redaktor bildirib.

***Buna da bax-Vergilər Nazirliyinin AzadlıqRadiosu ilə bağlı ziddiyyətli qərarları

İddiaçının vəkili Zibeydə Sadıqova da qərardan narazı qaldığını söyləyir. Yada salır ki, məhz Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə ölkədəki bir sıra saytlara, o cümlədən AzadlıqRadiosunun, «Azadlıq» qəzetinin, «Meydan TV»nin internet səhifələrinə ölkə ərazisindən giriş məhdudlaşdırılıb.

Adları çəkilən saytlara giriş bu ilin martından məhdudlaşdırılıb və mayda məhkəmədə bəlli olub ki, nazirlik bunu Baş Prokurorluğun təqdimatı əsasında edib. Mayda beş saytın bloklanması haqda Səbail Rayon Məhkəməsi qərar çıxarıb və dekabrın 19-da Bakı Apellyasiya Məhkəməsi həmin qərarı qüvvədə saxlayıb. Bu qərar həmin saytların dövlətin konstitusion quruluşunu dəyişməyə, zorakılığa, etnik nifrətə çağırışa səsləyən yazılarla izah edilsə də, iddiada konkret nümunələr göstərilməyib. AzadlıqRadiosunun rəhbərliyi bu iddiaları rədd edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG