Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:52

Saxta profil: Nə etməli?


Vaşinqtonda saxta Facebook səhifələrinə qarşı etiraz aksiyası
Vaşinqtonda saxta Facebook səhifələrinə qarşı etiraz aksiyası

İctimai fəal Fatimə Mövlamlı adından Facebook sosial şəbəkəsində səhifə yaradıldığını bildirir. Mövlamlının sözlərinə görə, həmin səhifədə ona aid olan şəxsi şəkillər, videolar paylaşılır, onun adından müxtəlif adamlara əxlaqsız təkliflər edilir: «Keçən il divara «Diktator» yazılmış plakatı yapışdırdığıma görə məni polis saxlamışdı. O vaxt şəxsi şəkillərim və videolarım mobil telefonumun qalereyasından götürülüb, indi də yayımlanır».

F.Mövlamlının şikayətinə, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Amma son illər belə şikayətlər başqa ictimai fəal və müxalif fəalların da dilindən eşidilib.

X.Ağalıyev
X.Ağalıyev

«Əgər istifadəçinin ünvanına təhqir, böhtan, təhdid varsa,...»

Hüquqşünas Xalid Ağalıyev sosial şəbəkələrdə adından profil və ya səhifə açılan istifadəçilərə birinci növbədə sosial şəbəkənin ofisinə müraciət etməyi, saxta səhifənin bağlamasını istəmələrini məsləhət görür: «Bu mütləq edilməlidir. Eyni zamanda, əgər həmin profildən, ya da səhifəsindən təhqir, böhtan tərkibli, ümumiyyətlə, qanun pozuntusuna dəlalət edən paylaşımlar edilirsə, o zaman istifadəçi ictimai şəkildə həmin səhifənin ona məxsus olmadığını bildirməlidir. Yəni, sonra problem olmasın. Əgər istifadəçinin ünvanına təhqir, böhtan, təhdid varsa, profilin və ya səhifənin əsl sahibinin tapılması üçün hüquq-mühafizə orqanlara müraciət etmək lazımdır».

Sosial şəbəkələrdə öz adınız, ya təxəllüslə yazmağa üstünlük verirsiz?
Gözlə

No media source currently available

0:00 0:00:45 0:00

Lakin ekspertin sözlərinə görə, belə olan halda, səhifənin əsl sahibinin tapılmasına ümid azdır: «Mən öz praktikamda belə hallara rast gəlməmişəm. Amma hakimiyyəti sərt tənqid edən və adını sosial şəbəkədə gizli saxlayan adamların tapılması, məsuliyyətə cəlb etməsi hallar olub. Demək istəyirəm ki, bu problemin açarı var və texniki vasitələr məsələni araşdırıb tədbirlər görməyə imkan verir».

ABŞ-ın internet texnologiyaları üzrə bəzi ekspertləri də təsdiq edirlər ki, internet məkanında «anonim» anlayışı şərtidir - kompüterin şəbəkəyə qoşulması ona IP ünvanın verilməsi ilə müşayiət olunur. Həmin ekspertlərin fikrincə, başqasının kompüterinin IP ünvanını tapmaq isə texniki mütəxəssislər üçün çətin deyil: «Əvvəl IP ünvan müəyyənləşdirilir, sonra internet provayder, axırda isə abunəçilərin siyahılarından istifadə edərək, anonimi rahat tapmaq olar».​.

Ə.Nuriyev
Ə.Nuriyev

«Özümüz qurbana çevrilməmək üçün...»

«Burada məsələnin iki tərəfi var. Bir mənəvi-əxlaqi, bir də hüquqi tərəfi. Amma bu da var ki, mənəviyyata, əxlaqa zidd olan elə hüquqa da ziddir».

Bunu isə Prezident yanında Əfv Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev bildirib.

Hüquqşünas vurğulayıb ki, istər milli qanunvericilikdə, istərsə də ölkənin qoşulduğu beynəlxalq konvensiyalarda insanın şəxsi həyatı, azadlıqları və şəxsiyyətinin toxunulmazlığı təmin edilir .

Ə.Nuriyevin fikrincə, əgər şəxsin həyatına təhdid, hədə-qorxu varsa, bu, artıq konkret cinayət əməli deməkdir. «Bu halda şəxs hüquq-mühafizə orqanlarına müraciət etməli, araşdırma başlamalı və təqsiri olanlar aşkara çıxarılmalıdır. Elə vəziyyətdir ki, istənilən şəxs belə halın qurbanına çevrilə bilər. Ona görə də sabah özümüz qurbana çevrilməmək üçün bu gün qurbana çevrilənlərin hüquqlarını qorumalıyıq», - Ə.Nuriyev belə deyib

Xatırlatma

Azərbaycan rəsmiləri isə ictimai, müxalif fəalların ayrıseçkiliyə məruz qalması, təqib edilməsi və gözdən salınması ilə bağlı hakimiyyətə ünvanlanan tənqidləri qəbul etmirlər. Onlar əksinə, hesab edirlər ki, bəzi müxalif insanlar, xüsusilə də ölkədən getmiş bir sıra şəxslər hakimiyyətə qarşı «söyüş kampaniyası» aparırlar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG