'Haqqını istədi, 'dəli' çıxdı!' – Saxlanılanlar məcburi psixi müayinəyə göndərilə bilər
Təklif olunan dəyişikliklər qəbul edilərsə, prokurorlar və Daxili İşlər Nazirliyinin (DİN) səlahiyyətli əməkdaşları saxlanılan şəxsləri məcburi psixiatriya müayinəsinə göndərə biləcəklər. Hələ altı il əvvəl AXCP üzvü Aqil Hümbətov polis tərəfindən saxlanıldıqdan sonra 1 saylı Respublika Psixiatriya Xəstəxanasına məcburi yerləşdirildiyini bildirmişdi. Həyat yoldaşı Aygün Hümbətova isə onun heç bir psixi probleminin olmadığını vurğulayır: "Haqqını tələb etdi, heç nə, aparıb dəlixanaya saldılar". Hüquqşünas Yalçın İmanovun fikrincə, yaxın keçmişdəki bu növ "pis tarixçələr" yeni qaydalardan sui-istifadə ehtimalını artırır.