Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 09:29

Saxlanan sürücü yol polisini çəkə bilərmi?


Yol polisi

Son günlər yerli saytlarda sürücü-yol polisi münasibətlərinə aid məsələlərə tez-tez rast gəlmək mümkündür.

Hətta bəzi saytlarda belə iddialar da yer alır ki, saxlanan sürücülər videoqeydiyyat cihazı və ya mobil telefon vasitəsilə həmin anı çəkərək sosial şəbəkələrə yüklədiklərindən İnzibatı Xətalar Məcəlləsi (İXM) əsasında cəzalandırıla bilərlər.

«Yol polisi əməkdaşlarının saxladığı sürücülərin videoqeydiyyat cihazı və ya mobil telefon vasitəsilə həmin anı çəkmələrində hər hansı qanunsuzluq halı yoxdur və buna görə cəza nəzərdə tutulmur».

Bunu nəqliyyat sahəsi üzrə ekspert Ərşad Hüseynov bildirir. Onun deməsinə görə, sonradan həmin videogörüntülərin sosial şəbəkələrə yüklənməsində də qanun pozuntusu yoxdur.

Ə.Hüseynov vurğulayıb ki, kimsə yol hərəkəti qaydasını pozubsa, ya hansısa cinayət əməlinə yol veribsə, yol polisi ona yaxınlaşıb-yaxınlaşmamasından asılı olmayaraq, konkret əməlinə görə cavab verməlidir: «Amma indiki halda burada söhbət yalnız yol polisinin sürücüyə yaxınlaşması anından gedir, ona görə də, kimin həmin an üçün nə deməsindən asılı olmayaraq, burada çəkiliş aparılmasında qanun pozuntusu yoxdur».

Şöbə rəisi: «Əgər qanun pozulubsa...»

«Əgər hər hansı vətəndaş yol polisinin onu saxlamasını özünə haqsızlıq sayırsa, o zaman videogörüntülərini təqdim etsin, buna görə müvafiq tədbir görülsün».

Bunu isə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib. Onun sözlərinə görə, şəxs haqlı olduğu halda ona qarşı heç bir tədbir görülə bilməz.

Bununla yanaşı, şöbə rəisinə görə, yaxşı olar ki, həmin videogörüntülər sosial şəbəkəyə yüklənmək əvəzinə yol polisi rəhbərliyinə göndərilsin.

«Amma bunun başqa tərəfi də var ki, ortada qayda pozulubsa, ya hansısa qanuna əks hərəkət baş veribsə, həmin videogörüntülərin yayılıb- yayılmamasından asılı olmayaraq, həmin şəxs qanun qarşısında cavab verir. Yəni, «mən görüntüləri yayacağam» təhdidi xilas yolu ola bilməz»,-deyə V.Əsədov bildirib.

XS
SM
MD
LG