Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 03:17

Səudiyyə kralının sarayına hücum olub


Səudiyyə kralı Salman (Arxiv)

Oktyabrın 6-da axşam Səudiyyə Ərəbistanında kral sarayına silahlı hücum olub.

SPA agentliyi xəbər yayıb ki, 28 yaşlı Əli əl-Faxid əl-Əmiri maşından sarayın mühafizə poxtuna atəş açıb.

Nəticədə 2 mühafizəçi öldürülüb, daha 3-ü yaralanıb.

Hücum edən şəxs cavab atəşi ilə öldürülüb.

Onun maşınından "Kalaşnikov" avtomatı və 3 şüşə "Molotov kokteyli" tapılıb.

Hücumun motivi hələ ki bəlli deyil.


Günün bütün mövzuları

XS
SM
MD
LG