Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:49

Satirik şairin hal-şahidi 'cinayətkarlığa qarşı mübarizə' apardığını deyib


Satirik şair Tofiq Həsənli
Satirik şair Tofiq Həsənli

Dekabrın 1-də Şirvan Apelyasiya Məhkəməsində Ələsgər Novruzovun sədrliyi ilə böyük ölçüdə narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilmiş satirik şair Tofiq Həsənlinin şikayətinə baxış davam edib.

Satirikin vəkili Elçin Sadıqovun verdiyi məlumata görə, işə cəlb edilmiş hal şahidləri Qasım FərzullayevBalaxan Hüseynov şahid qismində dindirilib.

Vəkilin sözlərinə görə, hal şahidləri müdafiə tərəfin suallarını cavablandırarkən Tofiq Həsənlinin dükanına baxışın və geyiminə əlavə baxışın vəkilin iştirakı olmadan aparıldığını təsdiq ediblər.

Buna da bax:​ Satirik şairin məhkəməsinə şahidlər gəlmir

“Onlar həmçinin bildiriblər ki, dükandan narkotik götürülməsi prosesini görməyiblər. Polis onlara göstərib ki, narkotik Tofiq Həsənlidə "tapılıb". Hal şahidlərinin sözlərinə görə, protokol tərtib edilərkən də vəkil olmayıb.

Hal şahidləri həmçinin bildiriblər ki, onlar latın əlifbası ilə oxuyub-yaza bilmirlər və protokolun məzmunu ilə tanış olmadan onu imzalayıblar”, vəkil deyib.

Elçin Sadıqov qeyd edib ki, hal şahidi Hüseynov çox sayda işdə - qanunsuz narkotik dövriyyəsi, brakonyerlik haqqında işlərdə və hətta Dövlət Təhlükəsizlik Xidməti tərəfindən araşdırılan işlərdə hal şahidi kimi cəlb olunduğunu etiraf edib.

Buna da bax: Satirik şair: 'Məni butulka ilə hədələdilər'

Hal şahidi məhkəmədə bunu “cinayətkarlığa qarşı öz mübarizəsi” ilə izah edib. Vəkil hesab edir ki, istintaqın hal şahidlərinin təsadüfi şəxslər olması haqqında əsaslandırmasını bu etiraf təkzib edib.

Hakim polis əməkdaşı Fəxri Qasımovun təkrar dindirilməsi haqqında vəsatəti təmin edib.

Eyni zamanda, məhkəmə Həsənlinin saxlanılmasında iştirak edən digər əməliyyatçıları çağırmaqdan imtina edib.

Hakim növbəti iclası dekabrın 19-na təyin edib.

Buna da bax:​ 6 il həbs alan satirik şairin anası yatağa düşüb

Tofiq Həsənli 2016-cı il avqustun 22-də qanunsuz narkotik dövriyyəsi ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Həsənli KİV-də hakimiyyətin və dövlət məmurlarının ünvanına tənqidi pamfletləri ilə məşhurdur.

2005-ci ildə o, artıq narkotikə görə üç il müddətinə azadlıqdan məhrum edilib, amma 2007-ci ildə amnistiya ilə azadlığa buraxılıb.

Həsənli Facebook və Youtube hesablarında satiralarını yaymağa davam edib. 2015-ci ilin yanvarında o, həbslə hədələndiyini bildirib, oktyabrda isə saxlanıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG