Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:35

Noyabrın 17-də Şirvan Apelyasiya Məhkəməsində Ələsgər Novruzovun sədrliyi ilə satirik şair Tofiq Həsənlinin şikayətinə baxılması təxirə salınıb.

Bunu AzadlıqRadiosu-na T. Həsənlinin vəkili Elçin Sadıqov bildirib.

Vəkil deyib ki, məhkəmə prosesi şahidlər gəlmədiyinə görə, baş tutmayıb.

Hakim şahidlərin məcburi gətirilməsi barədə qərar qəbul edib. Növbəti iclas dekabrın 1-nə təyin edilib.

Buna da bax:​ Satirik şair: 'Məni butulka ilə hədələdilər'

Tofiq Həsənli ötən il oktyabrın 13-də yoxa çıxmışdı. Yaxınları iki gündən sonra xəbər tutmuşdular ki, T.Həsənli saxlanıb.

Tofiq Həsənlinin işlədiyi ticarət obyektində ona məxsus külli miqdarda narkotik aşkar olunduğu deyilirdi. Şair Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz narkotik vasitələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və satma - küllü miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinirdi. Satirik şairin ailə üzvlərinin bildirməsinə görə, maddi problemlər üzündən uzun müddət ona vəkil tuta bilməyiblər. Onlar şairin tənqidi şerlərinə görə şərləndiyini düşünürlər.

T.Həsənli bu il avqustun 22-də mühakimə edilib və 6 il azadlıqdan məhrum olunub. T.Həsənli KİV-də hakimiyyətin və dövlət məmurlarının ünvanına tənqidi fikirləri ilə tanınıb.

Buna da bax: 6 il həbs alan satirik şairin anası yatağa düşüb

2005-ci ildə narkotik maddə ittihamı ilə 3 il azadlıqdan məhrum edilib, ancaq 2007-ci ildə amnistiyaya düşüb.

T.Həsənli Facebook və Youtube-də satirik yazıların dərcini davam etdirib. 2015-ci ilin yanvarında həbslə hədələndiyini bildirib. Oktyabrda isə saxlanıb.

O, tutulmazdan öncə xaricdən yayılan «Azərbaycan saatı» proqramında tənqidi şerlər oxuyardı.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG