Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:22

Ermənistan müxalifəti Sarkisyanı Əliyevə bənzətməyə başladı


Ermənistanın Azadlıq meydanında Sarkisyana qarşı aksiya, 23 mart, 2018
Ermənistanın Azadlıq meydanında Sarkisyana qarşı aksiya, 23 mart, 2018

Aprelin 9-dan başlayaraq Yerevanda 24 saatlıq aramsız mitinqlər başlayacaq.

Bu haqda planlarını "Ermənistan dövləti uğrunda Cəbhə" elan edib.

AzadlıqRadiosunun Ermənistan xidməti xəbər verir ki, Cəbhə martın 23-də Yerevandakı Azadlıq meydanında növbəti mitinqini keçirib.

Aksiya təşkilatçıları bildiriblər ki, cəmiyyəti səfərbər edəcəklər və prezident Serj Sarkisyanın baş nazir vəzifəsinə sahiblənərək yenidən ölkəni idarə etməsinə imkan verməyəcəklər.

Onlar şübhələnirlər ki, ölkə konstitusiyası məqsədli şəkildə dəyişdirilib, prezident üsul-idarəsindən parlament idarəçiliyinə keçidin arxasında məkrli plan dayanır, məqsəd ikinci prezidentlik dövrü başa çatan və 3-cü dəfə prezidentliyə namizədliyini irəli sürməyə hüququ çatmayan Serj Sarkisyana öz hakimiyyətini sürdürmək şansı verməkdir.

Onlar bunu "Sarkisyanın 3-cü prezidentlik müddəti" adlandırırlar.

"Ermənistan dövləti uğrunda Cəbhə"nin fəalı Susanna Muradyan aksiyanın qətnaməsini oxuyub. Orada Sarkisyan Azərbaycan prezidenti İlham Əliyevlə müqayisə edilir:

"Serj Sarkisyan "üçüncü müddət" ssenarisini reallaşdırmağa cəhd etsə, hansı formada təqdim edilməsindən asılı olmayaraq, bu, Ermənistan və Azərbaycanın Şərq tipli avtoritar idarəçiliyə malik ölkələr kimi bir-birinə bənzədilməsinə gətirib çıxaracaq. Bu isə bizi sivil dünyanın olan-qalan etibarından, simpatiyasından da məhrum edərəcək".

Buna da bax: Sarkisyanın 'baş nazir olmasına imkan verməmək üçün' təşkil edilən mitinqlərə kimlər qatıldı

Bir müddət əvvəl Azərbaycanda Konstitusiya dəyişdirilib və bir şəxsin 2 dəfədən artıq prezidentliyə namizədliyini verməsini qadağan edən maddə ləğv olunub.

İ.Əliyev hazırkı seçkilərdə 4-cü dəfə prezidentliyə namizəd olub.

Yerevandakı aksiyaya toplaşanlar hesab edirlər ki, Sarkisyanın hakimiyyətdə qalması ölkədən gedən insanların sayının artmasına, siyasi repressiyaların güclənməsinə, media üzərində nəzarətin sərtləşməsinə, ölkənin müstəmləkələşməsinə gətirib çıxaracaq.

"Sarkisyan və onun ətrafı daha da varlanacaq, əhali isə daha da kasıblayacaq" - deyə qətnamədə vurğulanır.

"Ermənistan dövləti uğrunda Cəbhə" həm Ermənistan cəmiyyətini, həm də xarici ölkələrdəki erməni icmalarını "Sarkisyanın və onu dəstəkləyənlərin, ona yalmananların planlarına qarşı etiraz səsini ucaltmağa" çağırıb.

Aprelin 9-da Serj Sarkisyanın prezident kimi səlahiyyətləri başa çatır.

"Ermənistan dövləti uğrunda Cəbhə" məhz həmin gündən Yerevanın Azadlıq meydanında 24 saatlıq oturaq etiraz aksiyaları keçirməyi planlayır.

Amma bu aksiyaların nə dərəcədə izdihamlı olacağını demək çətindir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG