Keçid linkləri

2017, 19 Avqust, şənbə, Bakı vaxtı 22:51

Ermənistan prezidenti Serzh Sarkisian martın 14-də Rusiyaya ikigünlük rəsmi səfərə gedəcək.

Bu barədə AzadlıqRadiosunun Ermənistan xidməti Sarkisianın mətbuat xidmətinə istinadla xəbər verir.

Məlumata görə Ermənistan prezidenti səfər zamanı Rusiya prezidenti Vladimir Putin də daxil olmaqla bir sıra görüşlər keçirəcək.

Danışıqlar zamanı strateji tərəfdaşlıq çərçivəsində siyasi, iqtisadi-ticarət, hümanitar və mədəni sahələr, həmçinin Avrasiya məkanına inteqrasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Serz Sarkisianla Vladimir Putin bir sıra beynəlxalq və regional problemlər, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə edəcəklər.

Sarkisianın səfər çərçivəsində Moskva Beynəlxalq Münasibətlər İnstitutuna baş çəkəcəyi, müəllim və tələbə heyətilə görüşəcəyi gözlənilir.

Qeyd edək ki, Sarkisian bundan əvvəl-martın 7-də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun digər həmsədr ölkəsi Fransaya da baş çəkib.

O,səfər zamanı Fransa prezidenti Francois Hollande və digər ölkə rəsmiləri ilə görüşüb.

Dağlıq Qarabağ münaqişəsi səfər zamanı müzakirə edilən məsələlərdən biri olub.

Minsk qrupuna ABŞ, Fransa və Rusiya həmsədrlik edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG