Romada uşaqlara Santa Clausun olmadığını deyən orkestr direktoru Giacomo Loprieno işdən qovulub.
Yerli media bildirir ki, o, “Frozen” (“Soyuq ürək”) Disney cizgi filminin süjeti əsasında qoyulan tamaşaya uşaqların həvəssiz reaksiyasından əsəbiləşib, tamaşadan sonra uşaqlara deyib:
“Heç bir Santa Claus yoxdur”.
Bundan qəzəblənən valideynlər sosial şəbəkələrdə yazıblar ki, uşaqları direjorun bu hərəkətindən çox pəjmürdə olub, hətta göz yaşına böğulanlar da varmış.
Şounun təşkilatçıları elan ediblər ki, bu, Giacomo Loprieno-nun öz şəxsi fikridir və indi onun yerinə başqa dirijor axtarılır.