Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:55

Sankt-Peterburq partlayışında şübhəli bilinən Jalilovun valideynləri dindirilib


Akbarzhon Jalilov
Akbarzhon Jalilov

Bsankt-Peterburq metrosundakı partlayışın təşkilində əsas şübhəli sayılan Akbarjon Jalilovun valideyinləri Qırğızıstan Dövlət təhlükəsizlik Komitəsinin Oş vilayət idarəsinə çağırılıb.

Bu barədə AzadlıqRadiosunun Qırğızıstan xidməti aprelin 4-də Qırğızıstan Dövlət təhlükəsizlik Komitəsinin mətbuat katibi Rahat Sulaymanova istinadla xəbər verir.

Həmçinin Rusiyanın RİA Novosti agentliyi Jalilovun valideyinlərinin təhlükəsizlik komitəsinin Oş vilayət idarəsinə çağırıldıqlarını bildirir.

Mənbə yazır ki, qohumlarının sözlərinə görə, ailə Rusiyaya 2011-ci ildə gedib, sonradan valideyinlər geri dönüb,Jalilovsa Sankt-Peterburqda qalıb.

Akbarzhon Jalilov
Akbarzhon Jalilov

Kütləvi informasiya vasitələrinin məlumatına görə o, martın əvvəllərində Oşda olub.

--

Rusiyanın istintaq komitəsi Sankt-Peterburq metrosunda partlayış törədən şəxsin kimliyini müəyyənləşdirib.

Onun Akbarjon Jalilov olduğu bildirilir.

Bundan başqa ekspertlər “Ploşad Vostaniya” stansiyasında içərisinə bomba qoyulmuş çantada Jalilovun genetik izlərini aşkar ediblər.

Qeyd edək ki, daha güclü olduğu bildirilən həmin bomba partlamayıb, xüsusi xidmət onu zərərsizləşdirib.

Genetik ekspertiza və müşahidə kameralarının qeydləri istintaqa əsas verir deməyə ki, “Ploşad Vostaniya” stansiyasına partlayıcı dolu çantanı məhz vaqonda terror aktı törədən şəxs qoyub.

Akbarjon Jalilov 1995-ci ildə doğulub.

Qırğızıstanın təhlükəsizlik xidməti də bundan əvvəl Rusiya vətəndaşı olan Akbarjon Jalilovun əsas şübhəli olduğunu və onun 1995-ci ildə Qırğızıstanın Oş rvilayətində anadan olduğunu bəyan eləmişdi.

--

Rusiyanın xarici işlər naziri Sergei Lavrov Sankt-Peterburq metrosundakı partlayışın Rusiyanın Suriya siyasətinə görə qisas olması kimi göstərmək cəhdini həyasız və çirkin hərəkət adlandırıb.

Sergei Lavrov
Sergei Lavrov

TASS -ın məlumatına görə, xarici işlər naziri bunu aprelin 4-də keçirdiyi mətbuat konfransında deyib.

Lavrov həmçinin qeyd edib ki, bu hücum göstərdi ki, Rusiya qlobal terrorçuluqla mübarizəni davam etdirməlidir.

--

Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğu Peterburq metrosunda törədilən partlayışda Dilbər Əliyeva adlı azərbaycanlının öldüyünü təsdiqləyib.

Bu barədə Trend məlumat yayıb.

Mənbənin məlumatına görə, Azərbaycanın baş konsulu Sultan Qasımov həmçinin həmin partlayış nəticəsində yaralanan digər azərbaycanlı Zaur Vəliyevə baş çəkib. Baş konsul onun səhətinin stabil olduğunu deyib.

Zau Vəliyev Rusiya vətəndaşıdır, Orenburqda anadan olub.

Qeyd edək ki, ötən gün Sankt-Peterburq metrosunda törədilən partlayışda ölənlərin sayı 14 nəfərə çatıb.

Bundan başqa azı 50 adamın yaralandığı bildirilir.​

Sankt Peterburqda metro partlayışında həlak olanlar üçün matəm mərasimi
Gözlə

No media source currently available

0:00 0:00:48 0:00

--

Metro stansiyasında yenidən bomba həyəcanı

Polis və yanğınsöndürənlər aprelin 4-də yenidən Sankt-Peterbuq metrosunun “Sennaya ploşad” stansiyasını bağlayıblar.

Metropoliten rəhbərliyinin məlumatına görə, hüquq-mühavizə orqanlarına platformaya bomba qoyulması barədə anonim zəng daxil olub.

Xüsusi xidmətin hadisə yerinə gələn əməkdaşları sərnişinləri dərhal evakuasiya ediblər.

Həmçinin “Dostoevsk” satansiyası və “Vladimir” stansiyasının girəcəyi bağlanıb.

Metropoliten rəhbərliyinin məlumatına görə, polis “Sennaya ploşlad” stansiyasında axtarış əməliyyatı keçirib.

Xatırladaq ki, aprelin 3-də “Sennaya ploşad” və “Texnologiya institutu” stansiyaları arasında törədilən partlatyışda 14 nəfər ölüb, 50 nəfərsə xəsarət alıb.

Prokurorluq terror aktı ilə cinayət işi açıb.

Sankt-Peterburqda 3 günlük matəm elan edilib.

Sankt- Peterburg, Russia, 03 April 2017.
Sankt- Peterburg, Russia, 03 April 2017.

--

Partlayışı törətməkdə şübhəli bilinən şəxsin adı açıqlanıb.

Qırğızıstanın dövlət təhlükəsizlik xidməti bildirir ki, Sankt-Peterburq şəhərində metroda partlayışı törədən milliyyətcə qırğız olan Rusiya vətəndaşıdır.

Dövlət Milli Təhlükəsizlik Komitəsinin (UKMK) sözçüsü Rakhat Sulaimanov aprelin 4-də deyib ki, şübhəli Akbarjon Jalilov 1995-ci ildə Qırğızıstanın cənubundakı Oş vilayətində doğulub.

Aprelin 3-də metroda törədilmiş partlayışda 14 nəfər ölüb, 51 nəfər yaralanıb.

Partlayışa görə məsuliyyəti götürən olmayıb. Hadisə baş verəndə, prezident Vladimir Putin də doğma şəhərində olub.

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (KNB) sədr müavini Nurgali Bilisbekov isə hökumətin iclasında bildirib ki, Qazaxıstandan deyil, Orta Asiyadan olan Rusiya vətəndaşı partlayışı törətməkdə şübhəli bilinir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG