Keçid linkləri

Təcili xəbərlər
2023, 03 İyun, şənbə, Bakı vaxtı 12:32

Sankt Peterburq metrosunda partlayışın 11 şübhəlisi təqsirsiz olduğunu deyir


Aprelin 2-də Sankt Peterburq Hərbi Tribunalının müttəhimlər kürsüsündə oturanların hamısı keçmiş Sovet İttifaqının Mərkəzi Asiya respublikalarındandır

Rusiyanın ikinci böyük şəhəri Sankt Peterburqun metrosunda 15 nəfərin ölümü ilə nəticələnmiş bomba partlayışını törətməkdə şübhəli sayılan 11 müttəhimin hamısı özünü təqsirli bilmədiyini deyib.

Aprelin 2-də Sankt Peterburq Hərbi Tribunalının müttəhimlər kürsüsündə oturanların hamısı keçmiş Sovet İttifaqının Mərkəzi Asiya respublikalarındandır.

Müstəntiqlər bildirirlər ki, partlayışı törədən Qırğızıstan doğumlu 22 yaşlı özbək Akbarjon Jalilov 2017-ci il aprelin 3-də Sankt Peterburq metrosuna iki partladıcı qurğu gətirib.

Ehtimal edildiyinə görə o bombalardan birini platformanın üstünə qoyub, lakin bu bomba tapılıb və zərərsizləşdirilib.

Müstəntiqlərin dediyinə görə daha sonra Jalilov üstündəki ikinci bombanı qatarda partladıb.

Rusiyanın dövlət xəbər agentliyi TASS bildirir ki, hücumu hazırlayan Abror Azimovdur və onun daha 10 əlbiri olub.

Onlar terrorçu qrupun üzvü olmaqda, terrora dəstək verməkdə, partladıcı maddələrin qanunsuz hazırlanması və satışındaittiham edilirlər.

Müstəntiqlər iddia edirlər ki, Azimov və onun müttəhimlərdən biri olan qardaşı Akram Türkiyədə terrorçu qruplaşmalardan biri ilə əlaqədə olublar və hücum üçün maliyyəni də oradan alıblar.

Özbəkistanlı meyvəsatan, 47 yaşlı Shokhista Karimova bu iş üzrə ittiham edilən yeganə qadın şübhəlidir.

O metroya hücumdan bir həftə sonra saxlanıb, lakin israr edir ki, evindən tapılmış qumbara və partladıcı maddələri ora Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkldaşları qoyublar.

O məhkəmənin şüşə qəfəsi arxasından təqsirsiz olduğunu bəyan edib.

Bu bomba hücumuna görə məsuliyyəti öz üzərinə əl-Qaedaya bağlı olduğu düşünülən Şamil batalyonu götürmüşdü.

XS
SM
MD
LG