Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 17:06

‘İmam Şamil batalyonu’ Peterburq partlayışını törətdiyini bildirib


Aprelin 3-də Sankt Peterburq metrosunda baş vermiş partlayışda 16 nəfər həlak olub

Özünü İmam Şamil Batalyonu adlandıran qrup Sankt Peterburq metropolitenində törədilmiş və 16 nəfərin həyatına son qoymuş bomba partlayışına görə məsuliyyəti öz üzərinə götürdüyünü bəyan edib.

Reuters agentliyinin SİTE monitorinq qrupuna istinadən yaydığı xəbərdə qrup həmçinin əl-Qaedanın əmrləri ilə hərəkət etdiyini bildirib.

Agentlik yazır ki, çox az tanınan bu qrupun adından verilmiş bəyanat əvvəlcə Mavritaniyanın ANİ xəbər agentliyinin saytında dərc olunub.

Qərbi və Şimali Afrika cihadçı qruplaşmaları öz bəyanatlarını əsasən bu agentlik vasitəsilə yayırlar.

SİTE tərəfindıən göndərilmiş bəyanatda deyilir ki, partlayışı törədən Akbarjon Calilov Rusiyanın ikinci böyük şəhərində aprelin 3-də baş vermiş terror aktı üçün əmri birbaşa əl-Qaeda lideri Ayman əl-Zəvahiridən alıb.

Bəyanatda deyilir ki, “bu qəhrəmanlıq əməliyyatını İmam Şamil Batalyonunun cəngavər aslanı Akbarjon Calilov Şeyx Ayman əl-Zəvahirinin əmri ilə həyata keçirib”.

Bəyanatda iddia olunur ki, hücumun vaxtı üçün Putinin Sankt Peterburqa gəldiyi gün düşünülərək seçilib.

Bu da vurğulanır ki, partlayış Rusiyanın Suriya, Liviya, habelə Çeçenistanda müsəlmanlara qarşı zorakılığının qisası olaraq törədilib.

Bəyanatda deyilir: “Biz belə görünür, Əfqanıstan müharibəsindən dərs almamış Rusiya hökumətinə deyirik: Bu əməliyyat yalnız başlanğıcdır. İnşaalah, bunun ardınca baş verənlər bu hücumu sizə unutduracaq”.

RİA Novosti saytının xəbərində deyilir ki, metro partlayışı ilə bağlı indirədək Moskva və Sankt Peterburqda 16 nəfər həbs edilib.

FTX-nin direktoru Aleksandr Bortnikov deyib ki, xüsusi xidmətlər terror aktının sifarişçisinin şəxsiyyətini müəyyən edib, lakin bu məlumat hələlik açıqlanmır.

Günün bütün mövzuları

XS
SM
MD
LG