Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:25

Putin: Supermarketə hücum “terakt” idi- YENİLƏNİB


Partlayışın baş verdiyi Perekrestok supermarketinin yaxınlığında
Partlayışın baş verdiyi Perekrestok supermarketinin yaxınlığında

Rusiya prezidenti Vladimir Putin deyir ki, dekabrın 27-də Sankt Peterburq şəhərindəki supermarketdə azı 10 nəfərin xəsarət almasıyla sonuclanmış partlayış terror aktı idi.

Milli Antiterror Komitəsi Perekryostok supermarketində törədilmiş hücumun istintaqını üzərinə götürüb.

Putin dekabrın 28-də Suriyadakı əməliyyatlarda iştirak etmiş hərbçilərin mükafatlandırılması mərasimində danışıb.

“Bilirsiniz ki, dünən Sankt Peterburqda terror aktı törədilib”, – o deyib.

“MƏHV EDİN”

Putin təhlükəsizlik qüvvələrini terror planlaşdıran şübhəlilər təhlükə yaradarsa, onları “həbs etməməyə”, potensial ölüm təhdidi yaradan şübhəli terrorçuları “məhv etməyə” çağırıb. Onun sözlərinə görə, Federal Təhlükəsizlik Xidmətinə (FSB) bir gün öncə göstəriş verib ki, əməkdaşlarına şübhəli terrorçulara qarşı qətiyyətlə hərəkət etməyi tapşırsınlar.

Vladimir Putin (solda) Kremldə mərasimdə
Vladimir Putin (solda) Kremldə mərasimdə



Prezidentin sözlərinə görə, FSB zabitləri “bu banditləri” saxlarkən “qanun çərçivəsində” hərəkət etməlidrlər: “Ancaq zabitlərimizin həyatına və sağlamlığına təhlükə varsa, onda qətiyyətlə davranmalıdırlar – həbs etməməli, banditləri yerindəcə məhv etməlidirlər”.

Putin mərasimdə deyib ki, Suriyada xidmət etmiş hərbçilər ekstremistləri öldürməklə potensial hücumları önləyiblər, onların Rusiyaya qayıtmasını əngəlləyiblər.

“Bu minlərlə silahlı ölkəmizə qayıtsaydı – təlim görmüş, silahlanmış, yaxşı hazırlaşmış qayıtsaydı, nə baş verərdi?”, – o, mərasimdə söyləyib.

Putin Suriyada əməliyyatlarda 48 mindən çox rusiyalı hərbi personalın iştirak etdiyini söyləyib. O, həmin ölkədə Rusiyanın iki bazasının “daimi əsasla” fəaliyyət göstərəcəyini bildirib.

*** Buna da bax: Rusiya S-400 sistemlərinin Türkiyəyə gətirilməsinə 2020-də başlayacaq

***

Rusiyanın Sankt Peterburq şəhərinin yerli hakimiyyət orqanları supermarketlərdən birində 10 nəfərin xəsarət alması ilə nəticələnmiş partlayışın əldəqayırma bombadan törəndiyini bildiriblər.

İstintaq Komitəsinin sözçüsü Svetlana Petrenko deyib ki, “200 qram trotil gücündə olan əldəqayırma bomba öldürücü metal qırıntılarla dolu idi”.

Onun sözlərinə görə, partlayış dekabrın 27-də yerli vaxtla 18:30-da ticarət mərkəzinin izdihamlı hissəsində partlayıb.

Rəsmilər hələlik bunun terror aktı olub-olmaması barədə heç bir açıqlama verməyiblər.

9 NƏFƏR XƏSTƏXANAYA YERLƏŞDİRİLİB

Petrenko deyib ki, hakimiyyət orqanları “insidentin bütün versiyalarını nəzərdən keçirir”, lakin hadisə hələlik yalnız qətlə qəsd kimi qiymətləndirilir.

Rəsmilər bunu da bildiriblər ki, Perekrestok adlı supermarketdə yaralanmış 10 nəfərdən 9-u xəstəxanaya aparılıb.

Supermarketin binasından onlarca adam evakuasiya edilib.

Sosial mediada yayılmış videoda Gigant Hall istirahət mərkəzinin qarşısında dayanmlış polis və yanğınsöndürən maşınlar görünür. Supermarket bu mərkəzin alt mərtəbəsində yerləşir.

Fövqəladə Hallar Nazirliyinin rəsmisi TASS xəbər agentliyinə deyib ki, “Partlayış baş verib. Təcili xidmətlərin heyətləri artıq hadisə yerindədirlər. Evakuasiya başa çatdırılıb, yanğın yoxdur”.

Bu partlayışdan əvvəl, dekabrın 15-də Rusiyanın Federal Təhlükəsizlik Xidməti islamçı ekstremist olmaqda şübhəli bilinən 7 nəfəri həbs etdiyini və dekabrın 16-da Sankt Peterbuqrda törədilməsi planlaşdırılan bomba hücumlarının qarşısını aldığını xəbər vermişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG