Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:19

Rusiya S-400 sistemlərinin Türkiyəyə gətirilməsinə 2020-də başlayacaq


S-400 raket sistemi
S-400 raket sistemi

Rusiyadan alınan xəbərdə deyilir ki, Türkiyəyə S-400 yer-göy raket sistemlərinin gətirilməsinə 2020-ci ilin martında başlanacaq.

Bu barədə məlumatı Rusiyanın dövlət Rostec konqlomeratının başçısı Sergey Çemezov dekabrın 27-də Kommersant qəzetinə müsahibəsində açıqlayıb.

Moskva və Ankara arasında imzalanmış 25 milyard dollarlıq saziş əsasında Rusiya Türkiyəyə S-400 sisteminin dörd batareyasını verməlidir.

Bu saziş NATO üzvü olan Türkiyənin Qərb müttəfiqlərini narahat edib.

Çemezov Kommersant qəzetinə deyib ki, “onlar kontarktın ümumi dəyərinin 45 faizini beh kimi ödəyirlər, qalan 55 faiz Rusiya tərəfindən kredit şəklində verilir.”

S-400 sistemlərinin alınması barədə məlumatı prezident Recep Tayyip Erdoğan bu ilin sentyabrında bəyan etmişdi.

O vaxt ABŞ və Türkiyənin digər Qərb müttəfiqləri Rusiya istehsallı sistemin NATO sisteminə uyğunsuzluğu barədə narahatlıqlarını bildirmişdilər.

Dekabrın 27-də Türkiyənin müdafiə naziri Nurettin Canıklı raket sistemlərinin alınması barədə sənədləşmənin yekunlaşdırıldığını bildirib.

Rusiya və Türkiyə Suriya münaqişəsində qarşı duran tərəfləri dəstəkləyirlər, lakin Erdoğan və Putin arasında şəxsi münasibətlər 2015-ci ilin noyabrından bəri xeyli normallaşıb.

S-400 raketlərinin vurma məsafəsi 400 kilometrdir. Bu raketlər habelə 30 kilometr yüksəklidə olan hədəfləri vura bilir.

Dekabrın 27-də Rusiya baş nazirinin müavini Dmitri Roqozin deyib ki, S-400 sistemlərinin satışı üçün daha bir müqavilə tezliklə Hindistanla da bağlanacaq.

Rusiya rəsmiləri bunu da bildirirlər ki, ABŞ-ın daha bir müttəfiqi olan Səudiyyə “S-400 raketlərinin alınması üçün sazişin imzalanmasına çox yaxındır”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG