Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:06

"Samsung"un paltaryuyan maşınları da partlayırmış


ABŞ-ın təlabat malları üzrə komisiyası “Samsung” paltaryuyan maşınların partlaması barədə məlumatı araşdırır.

Komisiya hazırda bu Cənubi Koreya şirkətilə birgə iş aparır.

Komisiyanın məlumatına görə, şirkətin bəzi modelləri yataq üzləri və ya digər böyük həcmli şeyləri yuyarkən təhlükə doğurur.

ABŞ-ın Texas, Corcia və İndiana ştatlarından olan istifadəçilər bu cür hallarla üzləşdiklərini deyirlər.

McAllen adlı texaslı qadın deyir ki, partlayış o qədər güclü olub ki, qarajın divarını dağıdıb.

Dallaslı qadınsa deyir ki, partlayış elə güclü idi ki, elə bil momba partladı.

Komisiya insidentdən qaçmaq üçün istifadəçilərə böyük həcmli yataq dəstlərini zəif rejimdə yumağı məsləhət görüb.

Qüsur 2011-2016-cı illərdə buraxılan maşınlarda aşkar edilib.

Amma komisiya modellərin adını çəkmir.

Qeyd edək ki, Samsung şirkəti 2016-cı il sentyabrın əvvəllərində oxşar səbəbdən 2 milyon yarım Galaxy Note 7 telefonunun geri çağırıldığını açıqlayıb.

Söhbət, doldurularkən telefonun batareyasının qızaraq yanmasından gedir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG