Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 10:08

Bloqerə və yaxınlarına şərti cəza verilib


Saməddin Məmmədov
Saməddin Məmmədov

Cəlilabad Rayon Məhkəməsi iki gün əvvəl, fevralın 9-da bloqer Saməddin Məmmədovu şərti olaraq azadlıqdan məhrum edib.

Bu barədə S.Məmmədovun oğlu Nahid Məmmədov məlumat verib. Onun bildirməsinə görə, hökmdən apellyasiya məhkəməsinə şikayət veriləcək:

"Özümüzü günahkar bilmirik"

"Hökmdən razı deyilik. Özümüzü günahkar bilmirik. Apellyasiya şikayəti veriləcək. Lazım olsa, məhkəmələrin bütün pillələrini keçəcəyik. Hüququmuzu tələb edəcəyik, sivil qaydada".

Məhkəmənin hökmü ilə S.Məmmədova 2 il 8 ay, onun oğlu N.Məmmədova 2 il, bacısı oğlu Elsevər Məmmədova isə 1 il 6 ay şərti cəza verilib. Onlar Cinayət Məcəlləsinin 127.1 (Qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.1-ci (Xuliqanlıq) maddələri ilə ittiham edilirdilər. Məhkəmənin qərarı ilə bloqer barəsində həbs-qətimkan tədbiri seçilərək həbs edilmişdi.

S.Məmmədov ağır şəraitdə yaşayan ailələr barəsində sosial şəbəkələrdə videolar yayırdı. Birinci Qarabağ müharibəsinin veteranıdır. Oğlu N.Məmmədov da İkinci Qarabağ müharibəsində iştirak edib, medallarla təltif olunub.

Nə baş vermişdi?

Ötən il, oktyabrın 29-da bir qrup mülkigeyimli şəxs axşam saatlarında Cəlilabad rayon sakini, bloqer S.Məmmədovun evinə gələrək onu maşına mindirib aparmışdılar. Oğlu N.Məmmədovun sözlərinə görə, sonradan məlum olub ki, bloqeri polislər aparıb. Oğlu atasının həbsini qanunsuz və sifarişli hesab edirdi: "Atam rayonda olan problemləri sosial şəbəkələrə çıxarırdı. Çəkiliş edirdi. Bütün bunları ona görə edirdi ki, ölkə rəhbərliyi Cəlilabadda nə baş verdiyini görsün. Həmişə yüksək tribunalardan deyirlər ki, Cəlilabadda vəziyyət gözəldir, əladır. Atama təzyiq edirdilər, dəfələrlə ona xəbərdarlıq etmişdilər".

Müdafiə tərəfinin açıqlamalarına Cəlilabad rayon rəhbərliyi və bu rayonun məhkəməsindən münasibət almaq mümkün olmayıb. Amma S.Məmmədovla bağlı polisə şikayət edən Cəlilabad rayon sakini Elşən Cəfərovla danışmaq mümkün olmuşdu. O deyirdi ki, ona xəsarət yetiriblər: "Mən özüm mətbuat nümayəndəsiyəm. Saməddin, oğlu və bacısı oğlu sentyabrın 27-də mənə xəsarət yetiriblər. Burnum sınıb, kəllə beyin qapalı zədəsi almışam, 21 gün xəstəxanada yatmışam. Evdə müalicə olunuram. Polis araşdırıb. Hansı səbəbdən həbs edildiyi mənə məlum deyil. Gecə ilə həbs olunub. Məndən izahat alınıb, ekspert rəy verib, hər şey göz qabağındadır. Onun şərlənməsi və siyasi fəaliyyəti haqqında mən bir söz deyə bilmərəm. Mən bu xəbərləri sosial şəbəkələrdə görmüşəm".

Onun sözlərinə görə, sosial şəbəkələrə düzgün olmayan məlumatları ötürməsinə görə S.Məmmədovla fikir ayrılığı olub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG