Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 07:12

'Salyan Oil' 65 minlik iddiadan geri çəkildi


Mirvari Qəhrəmanlı

Çin Xalq Respublikasının neft və qaz şirkəti olan «Salyan Oil LTD» iki keçmiş işçisinə və «Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı» İctimai Birliyinə qarşı 65 minlik iddiasından geri çəkilib. Bu haqda AzadlıqRadiosuna ictimai birliyin sədri Mirvari Qəhrəmanlı məlumat verib.

Kadrlar şöbəsinin texniki olmuş Mehparə ƏhmədovaZəkayət Abdullayevanın hər birindən 15 min, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatından isə 35 min manat təzminat tələb edən şirkət Salyan Rayon Məhkəməsində bu iddiaya baxan hakim Muradağa Qasımova ərizə göndərib.

«Salyan Oil LTD»nin nümayəndəsi və hüquq meneceri Hafiz Dünyamalıyev ərizədə yazır ki, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı ilə ortaq fikrə gəliblər. Digər iki cavabdehin isə uzun illər şirkətdə çalışdıqlarını, xüsusən qadın olduqlarını nəzərə alıb iddiadan imtina etmək qərarına gəliblər.

«Salyan Oil LTD»nin keçmiş işçiləri M.Əhmədova və Z.Abdullayeva işdən çıxarılmalarını qanunsuz hesab edib məhkəməyə üz tutublar, müxtəlif dövlət strukturlarına, o cümlədən prezidentə, Heydər Əliyev Fonduna, SOCAR-a, şikayət məktubları göndəriblər. Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı da onlara dəstək verib, məhkəmədə hüquqlarını müdafiə edib, Facebook sosial şəbəkəsində bu haqda statuslar yayıb.

«Salyan Oil LTD» iddia ərizəsində yazmışdı ki, M.Əhmədova və Z.Abdullayeva şirkəti məhkəməyə verdiyinə görə onlar da məcbur qalıb baş meneceri, hüquq menecerini məhkəməyə göndəriblər. Nəticədə bəzi işgüzar sövdələşmələrin bağlanması ləngiyib. Buna görə neft-qaz istehsalında çətinliklər yaranıb: ​«SOCAR-a, ölkə başçısına və digər vəzifəli şəxslərə ünvanlanmış əsassız şikayətlər vasitəsilə «Salyan Oil LTD» Əməliyyat Şirkətinin bu orqanlar qarşısında nüfuzu aşağı salınıb, şirkətin imicinə zərər vurulub».

Multimedia

XS
SM
MD
LG