Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Avqust, Bazar ertəsi, Bakı vaxtı 02:50

Salvador Dali-nin qalıqları eksqumasiya olunub


Salvador Dali

İspaniyada atalıq iddiası iləbağlırəssam Salvador Dali-nin qalıqları məzardan çıxarılıb. Məhkəmə qarşısında 61 yaşlı Jirona sakini Pilar Abel Martines iddia qaldırıb, deyir ki, o, Dali-nin qeyri-rəsmi nigahdan doğulan qızıdır.

İyulun 21-nə keçən gecə məhkəmə ekspertləri məzarı açaraq oradan Madrid laboratoriyasına yollamaq üçün bioloji material götürüblər. Associated Press yazır ki, tədqiqatın nəticəsi bir neçə həftə sonra bəlli olacaq.

Pilar Abel Martines 2007-ci ildən rəssamın bioloji qızı olduğunu təsdiqləməyə çalışır. Bildirir ki, Dali-nin qızı olduğunu rəssamın evində xidmətçi çalışan anası ona ölümündən az əvvəl deyib.

Sürrealizmin məşhur nümayəndəsi olan Salvador Dali 1989-cu ildə ölüb. Məşhur rəssam öz doğma şəhəri Fiqeresdə dəfn olunub.

Əgər məhkəmə Pilar Abel Martines-in rəssamın qızı olduğunu üzə çıxararsa onda o, Dali soyadını daşıyacaq və atasının rəsmləri ilə bağlı hüquq əldə edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG