Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 10:40

Saleh Rüstəmova görə tibbi ekspertiza təyin olundu


Saleh Rüstəmov
Saleh Rüstəmov

Dekabrın 30-da AXCP-yə maliyyə yardımında ittiham edilərək həbs olunan Saleh Rüstəmovun vaxtından əvvəl azadlığa buraxılması məsələsinə baxılıb

Dekabrın 30-da Gədəbəyin keçmiş icra başçısı, AXCP-yə maliyyə yardımında ittiham edilərək həbs olunan Saleh Rüstəmovun vaxtından əvvəl azadlığa buraxılması məsələsinə baxılıb.

Rüstəmovun vəkilləri o hələ aclıq etdiyi dövrdə - dekabrın 6-da məhkəməyə ərizə vermişdi ki, sağlıq durumunun ağırlığına görə cəzanın qalan hissəsindən azad edilsin. Bu iş Nizami rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin icraatındadır.

Vəziyyəti normallaşmayıb

Məhkəmə iclasına Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan Rüstəmov özü də onlayn şəkildə qatılıb.

O bildirib ki, 41 günlük aclıq aksiyasından sonra səhhətində kəskin problemlər yaranıb. Aclığı dayandırmasından 14 gün keçsə də, vəziyyəti normallaşmayıb. O, vəkillərinin verdiyi ərizənin təmin olunmasını istəyib.

İş materiallarında Müalicə Müəssisəsində Rüstəmovun sağlıq durumunu əks etdirən çoxsaylı aktlar, o cümlədən professor Adil Qeybullanın, türkiyəli mütəxəssislərin verdikləri rəylər var. Həmin rəylər özəlliklə aclıq aksiyası keçirilən dövrə təsadüf edir.

“Ortada kifayət qədər həkim rəyi vardı”

Məhkəmədə prokuror deyib ki, bu rəylər kifayət deyil, tibbi ekspertiza təyin edilməlidir.

Hakim Nəriman Mehdiyev də qısa müşavirədən sonra Rüstəmovun sağlıq problemlərinin müəyyənləşdirilməsi məqsədilə tibbi ekspertizanın təyin olunmasına qərar verib. Beləliklə, iş üzrə icraat dayandırılıb.

Vəkil Bəhruz Bayramov AzadlıqRadiosuna bildirib ki, qanuna görə, bu cür ərizələrə qısa müddətdə baxılmalıdır. Rüstəmovun haqqındakı ərizə ilə bağlı ilk məhkəmə iclası dekabrın 23-nə təyin edilsə də, keçirilməyib. Bildirilib ki, iş materialları məhkəməyə gəlib çıxmayıb.

Ekspertizanın təyin olunması haqda qərarı şərh edən vəkil deyir ki, iş materiallarında yetərincə rəylər vardı:

“Qərar üç gün ərzində rəy alınması üçün göndəriləcək. Onsuz da qanun pozuntusuna yol verilib, 10 gün ərzində baxılmalı olduğu halda, gecikdirilmişdi. Biz hesab edirik ki, ortada kifayət qədər həkim rəyi vardı. Düzdür, aktlar rəy hesab olunur. Amma məqsəd adamın durumunu müəyyənləşdirməkdirsə, müxtəlif tibbi mütəxəssislərin gəldiyi nəticələr işin içində vardı”.

Saleh Rüstəmliyə azadlıq tələbi ilə aksiyada saxlananlar buraxıldı
Gözlə

No media source currently available

0:00 0:01:20 0:00

Xatırlatma

Saleh Rüstəmov 2018-ci il mayın 8-də narkotik ittihamıyla tutulub. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanıb.

Sonra, mayın 25-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üç funksioneri (Aqil Məhərrəmov, Babək Həsənov Ruslan Nəsirov) tutulub.

Bundan sonra ittihamların dəyişdiyi bəlli olub. Onların saxlanılması ilə bağlı yayılan rəsmi açıqlamaya görə, AXCP funksionerləri və Saleh Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda günahlandırılırlar. AXCP ittihami rədd edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rüstəmov 7 il 3 ay, Məhərrəmov 4 il, Həsənov isə 3 il azadlıqdan məhrum edilib. Vidadi Rüstəmli və Ruslan Nəsirova şərti cəza verilib. Onların hamısı məhkəmədə ittihamları qəbul etməyiblər. Həsənov bu il martın 18-də əfv sərəncamı ilə azadlığa buraxılıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG