Keçid linkləri

2026, 12 Fevral, Cümə axşamı, Bakı vaxtı 14:43

Şahin Şıxlinski Yekaterinburqda qətl və sui-qəsd cəhdinin təşkilində günahkar sayılıb

Şahin Şıxlinski
Şahin Şıxlinski

Uralda Azərbaycan diasporunun keçmiş lideri Şahin Şıxlinski Rusiyada qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilinib. Bu haqda Yekaterinburqun Kirovski rayon Məhkəməsinin andlılar kollegiyası qərar çıxarıb. Xəbəri URA.RU mənbəyə istinadla yayıb.

İstintaqın versiyasına görə, işdə adı keçənlər 2001-ci ildə ticarətçi Yunus Paşayevin qətlində, 2010-cu ildə sahibkar Fəhruz Şirinova sui-qəsd cəhdində iştirak ediblər.

Hakimin andlılar kollegiyasının qərarına əsasən hökm çıxaracağı gözlənilir.

Şıxlinski ilə yanaşı, Akif, Ayaz, Bəkir, Kamal, Məzahir SəfərovlarŞücaəddin Rəcəbova bu cinayət işi üzrə ittiham verilib. Məhkəmə qapalı keçirilib. Səfərov qardaşları da Paşayevin qətlində və Şirinovu öldürməyə cəhddə təqsirli biliniblər.

2024-cü il iyunun sonunda Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Yekaterinburq şəhərində əslən Ağdam rayonundan olan Səfərovlar ailəsinin yaşadığı ünvanlarda və başqa yerlərdə əməliyyat keçirib. Mənzillərə basqın zamanı ZiyəddinHüseyn Səfərov qardaşlarının qətlə yetirildiyi, döyülmə nəticəsində səkkiz nəfər, o cümlədən Bakir Səfərovun müxtəlif dərəcəli bədən xəsarəti aldığı bildirilir.

Daha sonra Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Ş.Şıxlinski və oğlu Mütvəli Şıxlinski saxlanılıb. M.Şıxslinskiyə qarşı dövlət nümayəndəsinə qarşı zor tətbiq etmə maddəsi ilə cinayət işi açılıb.


XS
SM
MD
LG