Keçid linkləri

Təcili xəbərlər
2021, 13 İyun, bazar, Bakı vaxtı 00:50

Güzəştli kreditlər azalır, problemli kreditlərsə artır


Azərbaycan manatı

İqtisadi tənəzzül kreditə tələbatı da azaldıb

Kommersiya bankları kredit siyasətinə ciddi düzəlişlər etdiyi böhran ilində Sahibkarlığa Kömək Milli Fondu(SKMF) vasitəsilə sahibkarlara 190 milyon manat – inişilkindən 58 milyon manat və ya 24 faiz az kredit paylayıb.

Buna da bax: Milyard yarımlıq güzəştli kreditdən kimə nə düşüb?

Tənəzzül kreditə tələbatı azaldıb

Ötən il SKMF vəsaitlərindən 2 min 500-ə yaxın sahibkar yararlanıb. Bu, 2015-ci ildəkindən 2 dəfə aşağı göstəricidir. Kreditlərin 82,3 faizi kənd təsərrüfatı sektoruna yönəldilib. Vəsaitin böyük bir hissəsi iri fermer, quşçuluq və intensiv bağçılıq, pambıqçılıq, zeytunçuluq və tütünçülük təsərrüfatlarının yaradılmasına, ət və süd, meyvə-tərəvəz məhsullarının emalı müəssisələrinin inkişaf etdirilməsinə sərf olunub.

Cədvəl
Cədvəl

Öncəki illərdə fondun vəsaitləri hesabına sahibkarlara güzəştli kreditlərin verilməsi artan dinamika göstərərək, 2014-cü ildə ən yüksək həddə - 295 milyon manata çatmışdı. İqtisadi tənəzzül üzündən bu kreditlərə tələbat da azalıb.

Buna da bax: Problemli kreditlər artır, hökumətsə tərpənmir...​

Bu il SKMF-yə büdcədən pul yoxdur

Bu il dövlət büdcəsindən SKMF-yə əlavə vəsaitin ayrılması tam kəsilib. Fond 2016-cı ildə həmin mənbədən 70 milyon manat almışdı. Verilən kreditlərin qalan hissəsi isə öncəki illərdə sahibkarlara paylanmış kreditlərin geri qaytarılması hesabınadır.

Fondun hesabatında deyilir ki, ötən ilin əvvəlinə müvəkkil banklar vasitəsilə sahibkarlara 1 milyard 754 milyon manat kredit verib. Həmin dövrə olan məlumata görə, dövriyyədə olan kredit portfeli 973,6 milyon manat olub.

Buna da bax: Ramiz Mehdiyevin xanımı da dövlətdən yardım alır? [araşdırma]

Problemli kreditlər artıb

İqtisadi böhran üzündən kreditlərin geri qaytarılmasında bəlli çətinliklər yaşanır. Hesablama Palatasının 2017-ci il dövlət büdcəsinə rəyində göstərilmişdi ki, 2016-cı ilin 9 ayında fondun problemli kreditlərinin həcmi 56 faiz artaraq, 63,6 milyon manatı aşıb.

Şərhlər (2)

Bu forum dayandırılıb
XS
SM
MD
LG