Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Sentyabr, çərşənbə, Bakı vaxtı 02:54

Saday Şəkərlinin işinə Ali Məhkəmə baxacaq


Saday Şəkərli

Yanvarın 12-də Ali Məhkəmədə həbsdə olan yazıçı-şair Saday Şəkərlinin kassasiya şikayətinə baxılacaq.

Bu haqda S.Şəkərlinin ictimai müdafiəçilərindən Eldəniz Quliyev məlumat verib.

Məhkəmə iclasından əvvəl yazıçı-şairin ictimai müdafiəçiləri Azərbaycan Yazıçılar Birliyinə müraciət ünvanlayıblar. Müraciətdə Saday Şəkərlinin günahsız olduğu vurulanır. Onun azadlığa çıxmasına dəstək verilməsi istənilir.

“Ümid edirik ki, Azərbaycan Yazıçılar Birliyi öz tanınmış üzvünün azadlığa qovuşması üçün nəhayət ki, əməli bir iş görəcək. S.Şəkərliyə azadlıq xahişi ilə Rusiya Yazıçılar İttifaqının 50-dən artıq dünya şöhrətli yazıçı və şairləri,eləçə də məşhur sənət adamları Azərbaycan prezidentinə və ölkənin birinci xanımına müraciətlər ünvanlayıblar. Buna rəğmən, AYB indyə qədər heç bir ciddi addım atmayıb”, müraciətdə deyilir.

Saday Şəkərli 2015-ci il dekabrın 23-də həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsində mayın 16-da çıxarılan hökm ilə 10 il azadlıqdan məhrum edilib.

Bakı Apelyasiya Məhkəməsi isə həmin hökmü dəyişdirərək onun cəzasını 5 ilə endirib. Müdafiə tərəfi isə qərarla razılaşmayaraq kasasiya şikayəti verib.

Şair həbsini tənqidi məzmunda olan “Qurd ürəyi” adlı kitabının çapı ilə əlaqələndirir. Həmin kitabda o, nəşrə maliyyə dəstəyinə görə vergilər naziri Fazil Məmmədova minnətdarlıq edib.

Saday Şəkərlinin həbsindən dərhal sonra onun evində axtarış aparılıb və kitabın 50 nüsxəsindən 49-u götürülüb. Yalnız bir nüsxəni gizlədib saxlamaq mümkün olub.

Hüquq müdafiə təşkilatları bir müddət əvvəl Sadaya Şəkərlini “siyasi məhbus” elan ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG