Keçid linkləri

2024, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 12:01

Prokurorluq və polis Sabuncu aksiyasında tutulanlara ittihamları açıqladı


Foto arxiv
Foto arxiv

Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyi noyabrın 6-da yaydıqları birgə məlumatda qeyd edirlər ki, bir gün öncə Bakıda Sabunçu rayonu ərazisində "ictimai qaydanı pozmaq və xırda xuliqanlıq hərəkətlərinə yol verdiklərinə görə Bakı şəhər sakinləri Elçin Qasımov Sahib Həbibov rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanıblar."

Məlumatda qeyd edilir ki, bundan dərhal sonra, özlərini dini hərəkatın tərəfdarları adlandıran və ümumi sayı 60 nəfərədək olan bir qrup şəxs həmin polis orqanının inzibati binasının qarşısında toplaşaraq onların azad edilməsi tələbi ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstəriblər.

“İctimai qaydanın pozulmasına yönələn hərəkətlərin dayandırılması barədə polisin xəbərdarlıqlarına baxmayaraq, qanunsuz aksiyanın iştirakçıları hüquqazidd əməllərini davam etdirib, daxili işlər orqanları əməkdaşlarının ünvanına təhqiramiz ifadələr səsləndiriblər. Onlar daş və küt alətlərlə asayiş keşikçilərinə müqavimət göstərib və nəticədə iki polis əməkdaşı bədən xəsarəti alıb” deyə məlumatda qeyd olunub.

Məlumatda qeyd olunub ki, aksiya iştirakçılarından 8-i saxlanılıb və onların qanunsuz hərəkətləri sənədləşdirilərək Sabunçu rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə saxlanmış şəxslər barəsində toplantıların təşkili və keçirilməsi qaydasının pozulması və polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama maddələri ilə 10 gündən bir ayadək inzibati həbs tətbiq edilib.

Noyabrın 5-i gecə saatlarında bir qrup dindar Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımovun saxlanamasına etiraz olaraq Sabunçu rayon polis idarəsinin qarşısna toplaşıb, polislə qarşıdurma yaranıb.

Dindarlar Elçin Qasımovun heç bir günahı olmadığını, yalnız hakimiyyətin üçnvanına sərt tənqidi çıxışlarına görə saxlandığını deyirlər.

Ətraflı burada oxu

XS
SM
MD
LG