Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:41

Sabunçuda saxlanılan dindarların məhkəməsi olacaq [video]


Sabunçuda polislə dindarlar arasında toqquşmadan sonra çəkilmiş video
Gözlə

No media source currently available

0:00 0:00:11 0:00

Sabunçuda polislə dindarlar arasında toqquşma- [video]

-

Noyabrın 5-də gecə saatlarında bir qrup dindar Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımovun saxlanılmasına etiraz olaraq Sabunçu rayon Polis İdarəsinin qarşısına toplaşıb. Polislə qarşıdurma olub.

Yazı yenilənir. Ən son xəbərlər mətnin əvvəlindədir.

+++

Elçin Behbudov: «Saxlananlara qarşı qeyri-insani rəftar olmayıb»

İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov noyabrın 6-da Sabunçu Rayon polis idarəsində olub. O, noyabrın 5-də idarənin qarşısında polislə qarşıdurma zamanı saxlanan bir neçə dindarla görüşüb:

«Gecəki qarşıdurmada saxlanan 4-5 dindarla söhbətləşdim. Onlardan dindirmə zamanı hər hansı təzyiq, vurma, qeyri-insani rəftar olub-olmadığı ilə maraqlandım. Dedilər ki, belə bir hallar olmayıb. Elçin Qasımovla görüşmək imkanımsa olmadı. Deyəsən məhkəməyə aparmışdılar».

+++

Noyabrın 5-də Bakının Sabunçu rayon Polis İdarəsinin qarşısında saxlanılan AzadXeber.az-ın əməkdaşı Samir Mirzə sərbəst buraxılıb.

Bu barədə sayt xəbər verib.

+++

Ötən gecə Sabunçu Rayon Polis İdarəsinin (RPİ) Bakıxanov qəsəbəsində yerləşən inzibati binasının qarşısında aksiya zamanı saxlanılan şəxslər bu gün məhkəməyə aparılacaq.

Bu barədə Report-a Sabunçu RPİ-dən məlumat verilib.

«Onların həbs ediləcəyi, cərimələnəcəyi, yaxud sərbəst buraxılacağı Sabunçu Rayon Məhkəməsinin qərarından sonra məlum olacaq», - idarədən bildirilib.

Saxlanılanların sayının 20 nəfər olduğu deyilir.

Sabunçuda gərginlik

Sabunçu rayon polis idarəsinin qarşısında Daxili Qoşunların iki maşını, çevik polis alayı dayanıb.

Polis üçün yemək gətirilib, onların səhərə qədər ərazidə qalacağı gözlənilir.

Jurnalistlərə çəkilişə imkan verilmir.

Dindarların qohumları ara küçələrdə gözləyir.

Məlumatı AzadlıqRadiosuna şahidlər verib.

+++

Hadisə yerində olan müstəqil jurnalist Elvin Hüseynov AzadlıqRadisouna deyib ki, həbs edilənlərin yaxınları polis idarəsinə gəlməyə başlayıblar. Bir qədər öncə hadisə yerində sakitlik yaransa da, yenidən canlanma müşahidə edilir.

Onun sözlərinə görə, hadisə yerində polislə yanaşı xeyli sayda mülkigeyimli var, onlar jurnalistlərin çəkiliş aparmasına imkan vermirlər.

Bundan başqa, Sabunçu Polis İdarəsinin yaxınlığında iki avtobus Daxili Qoşunların və çevik polis alayının üzvləri də gözləməkdədir. Post patrul xidmətinin əməkdaşları isə idarəyə gələn yolu bağlayaraq nəzarət altında saxlayırlar.

"Bəzi dindarlar ara yollarda minik avtomobillərində gözləyirlər", - əlavə edir Elvin Hüseynli.

+++

Həbs olunan dindarların syaı 30-dan yuxarıdır. Samir Məmmədov belə deyir və əlavə edir ki, saxlanılan fəallar zorakılığa məruz qalıblar: "İçəridə fəal dindarları çox pis şəkildə döyüblər".

Hadisəylə əlaqədar fotolar və videolar varsa AzadlıqRadiosuna göndərin. WhatsApp nömrəmiz: (+420) 778 711 700

++++

Elçin Qasımov
Elçin Qasımov

Noyabrın 5-də gecə saatlarında bir qrup dindar Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımovun saxlanılamasına etiraz olaraq Sabunçu rayon polis idarəsinin qarşısna toplaşıb. Bu haqda hərəkatçılardan biri Samir Məmmədov AzadlıqRadiosuna məlumat verib.

O bir qədər öncə polis idarəsinin qarşısında dindarlarla polis əməkdaşları arasında toqquşma olduğunu və təxminən 15 nəfər fəalın saxlanıldığını da deyir: “Polis bizə qarşı zorakılıq etdi. Bəzi fəallarımız da dinc dayanmadılar. Bu zaman saxlanılanlar olub”.

Samir Məmmədov həbslərə baxmayaraq dindarların dağılışmadığını, bəzilərinin hələ də idarənin qarşısında gözlədiyini bildirir.

Elçin Qasımovun niyə saxlanılması haqqında dəqiq məlumat yoxdur. Samir Məmmədov deyir ki, sədr müavini səbəbsiz yerə saxlanılıb. “Amma ehtimal edirik ki, onu noyabrın 8-də Milli Qəhrəman, şəhidimiz Mübariz İbrahimovun qəbrinə ediləcək yürüşə görə polisə aparıblar”.

İki gün öncə Müsəlman Birliyi Hərərkatının sədri Taleh Bağırzadə də Yasamal rayon polis iradəsinə çağrılıb. Özü Facebook shifəsində yazmışdı ki, polis rəisi onunla kobud davranıb, idarədə fiziki zorakılığa məruz qalıb. Bundan başqa, Taleh Bağırzadə idarədə ona Mübariz İbrahimovun qəbrinə ediləcək yürüşlə bağlı suallar verildiyini bildirib.

Samir Məmmədov həmin yürüşlə bağlı sosial şəbəkələrdə fəal olan dindarların da polis idarəsinə çağrıldığını və bəzilərinin hələ də buraxılmadığını söyləyir. O saxanılanların dəqiq siyahısını bilməsə də, çox olduğunu bildirir.

“Özü də tək Bakıda yox, bölgələrdə də saxlanılanlar var”, - əlavə edir Samir Məmmədov.

Sabunçu rayon polis idarəsinin qarşısında dindarların gecə saatlarında keçirdikləri etiraz aksiyasından görüntü.
Sabunçu rayon polis idarəsinin qarşısında dindarların gecə saatlarında keçirdikləri etiraz aksiyasından görüntü.

Sabunçu rayon polis idarəsinin qarşısında dindarların gecə saatlarında keçirdikləri etiraz aksiyasından görüntü.
Sabunçu rayon polis idarəsinin qarşısında dindarların gecə saatlarında keçirdikləri etiraz aksiyasından görüntü.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG