Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:02

Elçin Qasımov 30 sutka azadlıqdan məhrum edildi


Elçin Qasımov
Elçin Qasımov

Müsəlman Birliyi Hərəkatı adlı təşkilatın sədr müavini Elçin Qasımov 30 gün azadlıqdan məhrum edilib.

Vəkil Cavad Cavadov un Turan-a verdiyi məlumata görə, qərar noyabrın 6-da Sabunçu Rayon Məhkəməsində çıxarılıb, o, polisə müqavimət göstərməkdə təqsirli bilinib.

Vəkil həmçinin Elçin Sadıqovla birlikdə saxlanılan digər şəxslər barəsində də müxtəlif müddətlərə inzibati həbs qərarı çıxarıb.

Onun sözlərinə görə, məhkəmə qərarı vəkilsizçıxarılıb və məhkəmə Elçin Qasımovla görüşə icazə verməyib.

“Elçini yalnlıız polislərin yanında gördüm. Əli qandallı idi. Təkbətək görüşə bilmədik.Tez polislərin müşaiyəti ilə apardılar”, - deyə o bildirib.

Qeyd edək ki, noyabrın 5-də MBH-nin idarə heyətinin sədr müavini, ilahiyyatçı Elçin Qasımovun saxlanması bir qrup dindarın etirazına səbəb olub. Onlarla dindar gecə Sabunçu Rayon Baş Polis İdarəsinain qarşısında etiraz aksiyası keçiriblər. Bir neçə nəfər saxlanıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG