Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 09:01

Azərbaycana xaricdən daha az sabun gəlir


Yuyucu toz istehsalı (arxiv fotosu)
Yuyucu toz istehsalı (arxiv fotosu)

Yuyucu toz, sabun istehsalı artıb

Azərbaycanda son vaxtlar yuyucu vasitələrin istehsalı artıb. Bu ilin birinci yarısında yuyucu maddələrin istehsalı 32,3 tondan (yanvar-iyun 2016) 201,3 tona çatıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu dövrdə sabun istehsalı 3 dəfə artıb və 532 ton olub.

Bakıda, Sumqayıtda və Gəncədə səthi aktiv maddələr istehsal edən yerli biznes qurumlarının sayı 10-dan çoxdur. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin məlumatına görə, bunların bir hissəsi hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərdir.

Buna da bax:​ 'Dollar düşür, mallar niyə ucuzlaşmır?' sualına 'Azərsun'dan cavab

İstehsalın kəskin artımına baxmayaraq, sabun və yuyucu tozlara tələbatın təxminən 95 faizi idxal hesabına ödənilir. Əsas idxalçılar «Procter and Gamble Azerbaijan Services» MMC, «Engin Ltd» MMC, «Aztrade» MMC, «Güllübulaq» MMC və «İntend» MMC-dir.

Xaricdən daha az sabun gəlir

Dövlət Gömrük Komitəsi bu ilin 6 ayında ölkəyə gətirilən sabunun (12 min 91 ton) 8,7 faiz azaldığını açıqlayıb. İdxal olunan sabuna görə 17,2 milyon dollar ödənilib. Bu, ötən il xarici sabun markaları istehsalçılarına ödənilən vəsaitdən 26,9 faiz azdır. Bu dövrdə yuyucu tozların idxalı 20,4 min tondan 22 min tona çatıb. Mal gömrükdə 21 milyon dollara, ötənilkindən 1,3 milyon dollar ucuz rəsmiləşdirilib.

Buna da bax: 'Bazarda malların 25 faizi qaçaqmaldır' - Ekspert

BMT-nin beynəlxalq ticarət statistikası bölməsi (UN Comtrade) 2016-cı ildə istehsalçı ölkələrin Azərbaycana 38,1 milyon dollar dəyərində 39 min ton (2015-ci ildə 42 min ton) yuyucu toz ixrac etdiklərini açıqlayıb. Britaniyadan ötən il Azərbaycana 22,1 min dollar dəyərində 14,8 ton yuyucu toz göndərilib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG