Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:15

Saakashvili Ukraynanın parlament seçkisində iştirak edəcək


Mikheil Saakashvili
Mikheil Saakashvili

Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mikheil Saakashvili-nin partiyası iyulun 21-də keçiriləcək Ukrayna parlamenti seçkisində iştirak edəcəyini və millət vəkilliyinə 10 namizəd göstərəcəyini bildirib.

Saakashvili Yeni Qüvvələr Hərəkatının namizəd siyahısında birincidir.

Bu barədə məlumatı hərəkat iyunun 13-də keçirdiyi mətbuat konfransında bəyan edib.

Saakashvili deyib ki, siyahıdakılar “ədalətsizlik və korrupsiya” ilə mübarizədə səriştəsi olan insanlardır.

Keçmiş Gürcüstan lideri Ukraynaya mayın 29-da Ukraynanın yeni prezidenti Volodymyr Zelenskiy onun Ukrayna vətəndaşlığını bərpa etdikdən sonra qayıdıb.

Saakashvili 2004-2013-cü illərdə Gürcüstanın prezidenti olub. Bundan bir il sonra, 2014-cü ildə onun partiyası parlament seçkisində müxalifətə uduzub.

Mayın 28-də AzadlıqRadiosuna verdiyi müsahibədə Saakashvili Ukraynanın ictimai həyatında əhəmiyyətli rol oynamaq planlarından söz açmışdı.

Saakashvili-yə ilk dəfə Ukrayna vətəndaşlığı 2015-ci ildə verilmiş və Ukraynanın keçmiş prezidenti Petro Poroshenko onu Odessa vilayətinin qubernatoru təyin etmişdi.

Elə həmin il Gürcüstanın yeni hakimiyyət orqanları Saakashvili-ni ölkə vətəndaşlığından məhrum etmişdi. Buna əsas olaraq Gürcüstanın ikili vətəndaşlığı tanımadığı göstərilirdi.

Lakin 2016-cı ildə islahatların həyata keçirilməsinin sürətinə görə Poroshenko ilə qarşıduması yarandıqdan sonra Saakashvili qubernator vəzifəsindən azad olunmuşdu.

2017-ci ildə Saakashvili özünün siyasi partiyasını yaratdıqdan az sonra Petro Poroshenko onu Ukrayna vətəndaşlığından məhrum etmişdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG