Ukrayna Prezidenti Volodymyr Zelenskiy Gürcüstanın keçmiş prezidenti Mikheil Saakashvili-ni komandasına dəvət etməyə hazırlaşmadığını bildirib. Zelenskiy bunu ilk rəsmi səfərini etdiyi Brüsseldə deyib.
Zelenskiy Saakahsvili-yə Ukrayna vətəndaşlığını qaytarmasını siyasi deyil, insani qərar adlandırıb, çünki onun fikrincə. Saakashvili-dən pasportunu qanunsuz alıblar.
Mayın 29-da Kiyevə qayıdan Saakashvili deyib ki, yeni Ukraynanın qurulmasında iştirak edəcək, ancaq “hansısa kabinet, yaxud rəsmi vəzifə əldə etməyə” can atmır.
Klitschko ona partiya liderliyi təklif edir
Kiyevin meri Vitali Klitschko isə Saakashvili-yə növbədənkənar parlament seçkisində özünün “UDAR” partiyasına rəhbərlik təklif edib. Klichko Facebook-da videomüraciətində deyib ki, Saakashviliyə “siyasi çiyin olmağa” hazırdır, belə ki, onun “Yeni qüvvələrin hərəkatı” partiyasının seçkilərdə iştirakına əngəllər var. Klitschko “UDAR” partiyasının lideri və Kiyevin meri olaraq qalacağını vurğulayıb.
Saakashvili-nin “yeni qüvvələr hərəkatı” partiyası Ali Radaya erkən seçkilərə qatılacağını bildirib. Partiya açıqlamanı Saakashvili-nin Ukrayna vətəndaşlığı bərpa olunandan bir gün sonra verib.
Ancaq prezidentin “Xalqın qulluqçusu” partiyasının lideri Dmitry Pazumkov deyib ki, Saakashvili heç bir partiyadan deputatlığa namizədliyini verə bilməz, çünki parlament seçkisində iştirakdan ötrü o, Ukrayna ərazisində beş il yaşamalıdır. Ancaq bu məhdudiyyət siyasətçini hansısa partiya liderlikdən məhrum etmir.
Ukraynada növbədənkənar parlament seçkiləri iyulun 21-də keçiriləcək.