Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 13:04

Mixeil Saakaşvili: 'Əgər məni öldürsələr...'


Kiyev - Gürcüstanın keçmiş prezidenti Mikheil Saakashvili Ukrayna parlamenti qarşısında tərəfdarlarına müraciə edir. 7 noyabr, 2017
Kiyev - Gürcüstanın keçmiş prezidenti Mikheil Saakashvili Ukrayna parlamenti qarşısında tərəfdarlarına müraciə edir. 7 noyabr, 2017

Gürcüstanın keçmiş prezidenti, Odessanın sabiq qubernatoru Mixeil Saakaşvili bildirib ki, Ukraynada qalıb korrupsiyaya qarşı mübarizəsini davam etdirəcək. Baxmayaraq ki, Ukrayna hökuməti onun Gürcüstan vətəndaşı olan tərəfdarlarını ölkədən çıxarmaq haqda qərar verib.

Noyabrın 17-də Ukraynanın Təhlükəsizlik Xidməti bildirib ki, 8 Gürcüstan vətəndaşı "Ukraynanın milli təhlükəsizliyinə zidd hərəkətlərinə görə" ölkədən çıxarılıb.

Saakaşvili hesab edir ki, bu addım hakimiyyətin onun rəhbərlik etdiyi siyasi hərəkatdan qorxuya düşməsi ilə bağlıdır:

"Korrupsiya, oliqarxlar və s. ilə bağlı məsələ qaldırmağım onların xoşuna gəlmir. Mən belə məsələləri qaldırmaqda davam edəcəm. Mübarizəmi dayandırmayacam. Kimlərinsə ölkədən çıxarılması məni yolumdan döndərməyəcək. Hətta məni öldürsələr, yaxud ölkədən çıxarsalar belə, bu ideya qalib gələcək. Məni ölkədən çıxarsalar belə, yenə qayıdıb missiyamı başa çatdıracam".

Buna da bax: Gürcü arzusu” seçkinin ikinci raundunu da udub

Saakaşvili hesab edir ki, onun tərəfdarlarının ölkədən çıxarılması siyasi motivli addımdır:

"Adama pis təsir edən odur ki, korrupsiyaya qarşı mübarizədə zəhməti olan, Gürcüstanda "vor zakon"larla döyüşmüş zabitləri "vor zakon"larla birlikdə ölkədən çıxarırlar. Bu, Ukrayna prezidenti Petro Poroşenkonun və onun hakimiyyətinin sinizmidir ki, belə insanları "vor zakon"larla eyni kameraya yerləşdiriblər. Bunu heç bir hakimiyyət eləməz".

Ukrayna Ali Radasının deputatı Yuri Derevyankonun verdiyi məlumata görə, Ukraynadan çıxarılanlar arasında ölkənin şərqində separatçılarla döyüşmüş könüllü Vano Nadiradze, videooperator Tamaz Şaşviaşvili, Ukrayna Milli Qvardiyasının təlimatçısı Mamuka Abaşidze və Saakaşvilinin keçmiş mühafizəçisi Zurab Tsintsadze de var.

Bir neçə ay öncə Ukrayna vətəndaşlığından məhrum edilən M.Saakaşvili sentyabrın əvvəlində tərəfdarlarının köməyi ilə Ukrayna sərhədini keçərək ölkədə siyasi fəaliyyətini bərpa etmişdi.

Son həftələrdə onun tərəfdarları Ukrayna parlamenti yaxınlığında çadırlar qurub etiraz aksiyası keçirirlər.

Onlar prezident Pororşenkonun istefasını, növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsini tələb edirlər.

Buna da bax: Saakaşvilidən Poroşenkoya ultimatum

Saakaşvilidən Poroşenkoya 5 günlük ultimatum
Gözlə

No media source currently available

0:00 0:01:17 0:00

XS
SM
MD
LG