Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 10:25

“Gürcü arzusu” seçkinin ikinci raundunu da udub


Qoridə seçki, 21 oktyabr, 2017-ci il

Gürcüstanda noyabrın 12-də keçirilmiş seçkinin ikinci raundunda hakim koalisiya altı mer postunun beşini udub. Üç həftə öncəki birinci raundda da "Gürcü Arzusu" koalisiyası əksər dairələrdə qazanmışdı.

Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə görə, “Gürcü Arzusu”nun namizədləri ölkənin ikinci böyük şəhəri olan Kutaisidə, eləcə də Borjomi, Kazbegi, Xaşuri və Martvilidə qalib gəliblər. ​

*** Buna da bax: Gürcüstan seçkisi ATƏT-dən yaxşı qiymət alıb​

SEÇİCİLƏRİN 33,2 FAİZİ

Koalisiyanın Ozurgetidəki namizədi az səs fərqiylə müstəqil namizədə uduzub.

MSK seçicilərin 33,2 faizinin səsverməyə qatıldığını bildirir.

Oktyabrın 21-də, birinci raundda “Gürcü Arzusu” proporsional sistemlə bütün dairələr üzrə qələbə çalıb.

Bu seçkini çoxları gələn ilki prezident seçkisi öncəsi hakim koalisiyadan ötrü əsas sınaq sayırdı.

MSK sözçüsü Ana Mikeladze səsvermə zamanı ciddi insidentin qeydə alınmadığını bildirib.

ATƏT birinci raunda yüksək qiymət verib, seçkidə “fundamental azadlıqlara ümumilikdə sayqı göstərildiyini” bildirib. Ancaq qurum “son protokolların tamamlanmasında pozuntular və çətinliklərin olduğunu” vurğulayıb. ​

*** Buna da bax: Saakaşvili deyir ki, Kiyev onun ölkə ərazisində olmasının qanuniliyini təsdiq edib​

XATIRLATMA

Birinci raundda “Gürcü Arzusu” səslərin 56, əsas rəqibi olan Vahid Milli Hərəkatsa 17 faizini toplayıb.

Seçici iştirakı 45 faiz olub.

“Gürcü arzusu” merin birbaşa seçildiyi beş şəhərdən 4-də səslərin 50 faizdən çoxunu toplayıb – Tbilisi, Batumo, Poti və Rustavidə.

Paytaxt Tbilisidə vaxtilə AC Milan futbol klubunda oynamış Kakha Kaladze qalib gəlib. Ona “Gürcü Arzusu”nun yaradıcısı, keçmiş baş nazir və ölkənin ən varlı adamı Bidzina Ivanishvili-nin dəstək verdiyi bildirilir.

Bundan öncəki yerli seçkilər 2014-cü ildə iki raundda keçirilib, hakim koalisiya şura və mer seçkilərində qalib gəlib.

Ivanishvili 2013-cü ilin noyabrında siyasətdən gedib, ancaq çoxları onun hələ də pərdəarxasından “Gürcü Arzusu”nu dəstəklədiyini düşünür.

“Gürcü Arzusu” keçmiş prezident Mikheil Saakashvili-nin partiyasını 2012-ci ildə məğlub edərək hakimiyyətə gəlib.

Günün bütün mövzuları

XS
SM
MD
LG