Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 08:16

Saakaşvilinin minlərlə tərəfdarı küçələrə çıxdı [Fotolar]


Ukrayna - Saakaşvilinin tərəfdarları yürüş keçirir, 18 fevral, 2018

Gürcüstanın keçmiş prezidenti, Odessanın sabiq qubernatoru Mixeil Saakaşvilinin tərəfdarları fevralın 18-də Ukraya paytaxtı Kiyevdə yürüş keçiriblər.

Onlar prezident Petro Poroşenkonun istefasını tələb ediblər.

Özü bu yaxınlarda Ukraynadan zorla çıxarılan və hazırda Hollandiyada olan Saakaşvili Poroşenkonun impiçmentinə çağırır.

Polisin məlumatına görə, yürüşdə bir neçə min insan iştirak edib. Saakaşvilinin tərəfdarları isə yürüşün daha izdihamlı olduğunu deyirlər.

Buna da bax: Saakaşvili Varşavada... 'Bu adam oğurluğudur'

Aksiya 50 dəqiqə gec başlayıb. Yürüş təşkilatçılarının sözlərinə görə, səbəb bazar günü nəqliyyatın ləng işləməsidir, insanlar aksiya yerinə gəlməkdə çətinliklərlə üzləşiblər.

Aksiyanın önündə Saakaşvilinin "Yeni qüvvələr hərəkatı"nın fəalları David Sakvarelidze və Ali Radanın deputatı Yeqor Sobolev addımlayıblar.

Aksiya iştirakçıları Ukrayna bayraqları və "Əlinizi Mişadan çəkin" şüarları qaldırıblar.

Tələblərdən biri də növbədənkənar parlament seçkilərinin keçrilməsi, hökumətin yenilənməsidir.

Saakaşvili bildirir ki, Ukraynanın indiki hakimiyyəti korrupsiyaya bulaşıb və oliqarxların əlində oyuncağa çevrilib.

Poroşenko bu ittihamları rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG